Əsas Səhifə > Cəmiyyət, Manşet > QARADAĞIN «ÇAKIR»I VƏZİFƏSİNİ İTİRİR

QARADAĞIN «ÇAKIR»I VƏZİFƏSİNİ İTİRİR


6-02-2013, 12:57
QARADAĞIN «ÇAKIR»I VƏZİFƏSİNİ İTİRİR
YENİ İCRA BAŞÇISI KİM OLACAQ?

DİA.AZ: - Bir müddət əvvəl adı yerli sahibkarlarla qalmaqalda hallandırılan Qaradağın icra başçısı Süleyman Mikayılovun məsələsinə birbaşa olaraq hakimiyyətin üst düzəyi tərəfindən qiymət veriləcək. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Süleyman Mikayılovdan dəfələrlə müxtəlif instansiyalara və mətbuata şikayət etmələrinə baxmayaraq hər dəfə üzləşdikləri problemlərə diqqət ayrılmayan 30-a yaxın sahibkarın qaldırdığı problem bu günlərdə Prezident Administrasiyasında çalışan məmurlardan biri tərəfindən dövlət başçısına çatdırılıb.

Mənbənin söylədikləri: «Əslində bu hal əlahiddə olaraq baş verib. Yəni rəhbərliyin bu barədə təlimatı olmayıb. Və problemi eşidən prezident dərhal Süleyman Mikayılova qarşı qaldırılan iddianın araşdırılmasını tələb edib».

Onu da bildirək ki, İlham Əliyev zamanında Qaradağ rayonundan deputat seçilib və Süleyman Mikayılov Qaradağ rayonuna icra başçısı təyin edildikdən sonra hətta İlham Əliyevin millət vəkili olduğu dönəmlərdə inşasına təşəbbüs göstərdiyi obyektləri belə plana salıb.

Məlumatı verən mənbə isə bildirir ki, bu vəziyyət Süleyman Mikayılovun vəzifəsindən alınması ilə nəticələnəcək: «Artıq Qaradağın «Çakır»ını kimin əvəz edəcəyi də məlumdur. Hələlik bu ad açıqlanmasa da, iqtidar dəhlizlərində yeni başçının kimliyi barədə müəyyən söhbətlər dolaşır».

Geri qayıt