Əsas Səhifə > Siyasət, Manşet > “KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI YENİ XƏBƏR

“KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI YENİ XƏBƏR


21-09-2011, 15:57
“KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI YENİ XƏBƏR

“VADİ”DƏN ƏZİYYƏT ÇƏKƏNLƏR MƏTBUATA MÜRACİƏT ETDİ

DİA.AZ: - Bir neçə gün əvvəl oxucularımızı Ucar rayonunda peyda olan “Kurtlar Vadisi” adlı quldur dəstəsi ilə bağlı məlumatlandırmışdıq. Bildirək ki, böyük rezonansa səbəb olan bu olayla bağlı yeni faktlar əldə etmişik.

19 sentyabr 2011-ci il tarixdə Ucar rayon məhkəməsində CM-nin 221.2 maddəsilə təqsirləndirilən Ucar rayon sakini vaxtilə “Bizim Soy” qəzetinin əməkdaşı olan Hüseynov Fuad Oktay oğlunun növbəti məhkəmə prosesi keçirilb. Məhkəmə prosesində polis rəisi Tahir Quliyevdən başqa polisin bütün heyəti iştirak edirdi.

Bəri başdan bildirək ki, budəfəki məhkəmə prosesi digər proseslərdən fərqləndi. Belə ki, Ucar rayon pois şöbəsinin baş müstəntiqi Nazim Əhmədovun, rəis müavini İlham Əhmədovun, Ucar rayonunun adları çəkilən və digər polis əməkdaşlarının himayəsində olan “Kurtlar Vadisi” adlı mütəşəkkil dəstənin vaxtilə üzvü olaraq onların təzyiqləri nəticəsində Fuadın üzünə duran Akif Cəfərov açıq prosesdə etiraf etdi ki, Fuad başına gətirlən hadisələri mütəşəkkil dəstənin başçısı və “Polad Alemdarı” hesab olunan Şakir Ələkbərovun təzyiqləri nəticəsində həyata keçirib.

Bundan başqa Ucar rayon sakini Abdullayev Fərman etrif etdi ki, Şakir(Şahlar) Ələkbərov onunla yeyib-içdikdən sonra, içkili vəziyyətdə polis şöbəsinə getməyi və izahat yazmağı göstəriş verib. “İçkili olduğumdan nə etdiyimi bilmirdim, baş müstəntiq Nazim Əhmədovun dediklərini ağ kağıza yazdım. Səhəri gün ayıldıqdan sonra əvvəlki gün harada olduğumu soruşdum. Məlum oldu ki, qeyd etdiyim hərəkəti etmişəm. Lakin müstəntiq Azərbaycan qanunlarına və polis adına hörmətlə yanaşsaydı, içkili insandan izahat almazdı” deyə Fərman kişi baş verən hadisələri olduğu kimi məhkəmə zalında vurğuladı.

Dəstənin ən peşəkar “işverən”-i olan Əliyev Elçin həmişə olduğu kimi yalan və böhtanlarla çıxış edərək Fuadın Azad Hüseynova və Akif Cəfərova xəsarət yetirdiyini bildirdi. Qeyd edək ki, Əliyev Elçin Çingiz oğlunun bu hadisənin uydurma oğluğu və Şakir Ələkbərov tərəfindən onun təzyiqləri ilə həyata keçirildiyi barədə şəxsən Əliyev Elçinin özünün dilindən etiraflar var. Bu çəkilişlər məhkəməyə təqdim olunub. Digər bir faktı qeyd edək ki, cinayətkar dəstənin üzvü olan və bir neçə bakirə qızın zorlanmasında, 14 yaşına çatmayan 2 uşağın ölümündə biribaşa əli olan bu şəxslə bağlı hələ də ölçü götürülməyib.

Maraqlıdır ki, Ucar rayon polis şöbəsi və prokurorluğu hələ də bu işi ört-basdır edir. Bundan başqa Əliyev Elçin hüquq müdafiəçisi Taleh Xasməmmədovla telefon danışığında Azərbaycan Hakimiyyəti haqqında əxlaqa sıığmayan söyüşlər söyüb və bu telefon danışığının audio yazısı Ucar rayon polis şöbəsinə təqdim olunub. Ancaq Ucar polisi hələ də göz yumur. “Görünür, onlar bu dövlətə xidmət etmirlər” bunu da redaksiyamıza bütün bu faktları çatdıran məlumatlı mənbə bildirir.

Qeyd edək ki, Ucar rayonun sabiq polis rəisi Ənvər Quliyevin qurduğu və cinayətkar dəstənin başqanı Şakir Ələkbərovun və Ucar rayon məhkəməsi Çingiz İsgəndərovun icrasına görə sentyabr ayının 21-də keçirilən məhkəmə prosesində Hüseynov Fuad Oktay oğluna hökm oxunmalı idi. Sentyabr ayının 20-də hüquq müdafiəçisi Taleh Xasməmmədovun, bir qrup jurnalistlərin və Ucar rayonunda fəaliyyət göstərən cinayətkar dəstənin, o cümlədən polisin, məhkəmənin qanunsuz əməllərindən cana doymuş Ucar sakinlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransda hüquq müdafiəçisi Taleh Xasməmmədov Ucar rayon polisinin, xüsusilə rəsi müavini İlham Əhmədovun, baş müstəntiq Nazim Əhmədovun, Ucar rayon məhkəməsinin sədri Çingiz İsgəndərovun və ucar prokurorluğunun himayədarlıq etdiyi Şakir Ələkbərovun başçılığı altında olan “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin törətdiyi saysız hesabsız cinayət əməlləri barədə kütləvi informasiya vasitələrinə məlumat verdi.

Mətbuat konfransında onların qanunsuz əməllərindən zərəçəkən insanlar başına gətirilən bəlalardan danışıldı. Sonda Hüquq müdafiəçisi Taleh Xasməmmədov, jurnalist Həsən Babayev, jurnalist Rahim Şıxəliyev və Ucar sakinləri ölkə başçısı İlham Əliyev cənablarına bu işi nəzarətə götürməyi və cinayətkarların cəzalandırılması istiqamətində və insanların təhlükəsizliyinin təminatı barədə müraciət olundu.

Geri qayıt