Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ AZƏRBAYCANI YENƏ TƏHDİD EDİR
FARS-MOLLA REJİMİ AZƏRBAYCANI YENƏ TƏHDİD EDİR6-02-2013, 09:25 |
VİZA REJİMİNİN TƏTBİQİ MOLLALARIN ƏLİNDƏ BƏHANƏYƏ ÇEVRİLİB DİA.AZ: - Son günlər İran-Azərbaycan münasibətlərində yenidən gərginliklər yaranıb. Dünən sərhəddə baş verən atışma da bu qəbildən hesab oluna bilər. Artıq neçənci dəfədir ki, İranın xüsusi xidmət orqanlarının öyrətdiyi şəxslər sərhədçilərimizə silahlı müqavimət göstərirlər ki, bu da təsadüfi hesab oluna bilməz. DİA.AZ bildirir ki, bütün bunlara paralel olaraq İranın danışan dilləri də ölkəmizi hədəfə alıblar. Belə ki, Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Bəygi açıqlama verərək rəsmi Bakını viza rejimini yenidən ləğv etməyə çağırıb və bildirib ki, əks halda İran və Azərbaycanın rahat qonşuluq münasibətləri pozula bilər. Hər halda, hələlik yumşaq şəkildə ifadə olunan bu kimi təhdidlərin miqyasının genişlənəcəyi də şübhəsizdir. Çünki prezident seçkiləri ərəfəsində rəsmi Tehranın Azərbaycanla bağlı bir sıra təxribat planlarının olması barədə hələ xeyli əvvəldən məlumatlar yayılıb. Odur ki, Şərqi Azərbaycan vilayətinin valisinin viza məsələsini bəhanə gətirərək söylədiyi təhdidləri ciddiyə almaq zorundayıq. DİA.AZ olaraq həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «"Nəsrnews"in məlumatına əsasən, Xudafərin şəhərinin şəhər inkişaf layihələrinin açılış mərasimində iştirak edən Əhməd Əlirza Beygi deyib: "İran İslam İnqilabı böyük hədəfləri izləyir və onun nəticələrini bu gün məntəqənin müsəlman xalqlarının oyanışında müşahidə etmək olar". Şərqi Azərbaycan valisi Azərbaycan Respublikası tərəfindən sərhəd gediş-gəlişini asanlaşdıran anlaşmanı birtərəfli ləğv etməsinə işarə edərək deyib: "İran və Azərbaycan xalqları iki şiə, qardaş xalqdır və bir-birləri ilə dostluq münasibətləri vardır. Azərbaycan dövlətinin bu addımı nəticəsində gediş-gəlişdə məhdudiyyət yaranır və hər iki ölkənin vətəndaşları üçün əlavə xərc sərf etməsinə səbəb olur". Belə hərəkətlərin iki ölkə xalqının münasibətlərinə zərər vura bilməyəcəyini bildirən vali ölkəsinin bu hərəkətə qarşılıqlı cavab verməyəcəyini də vurğulayıb: "İran İslam Respublikası bu hərəkət qarşısında vizanın ləğvini dəyişməyəcək, habelə Azərbaycan Respublikasının vətəndaşlarını səmimiliklə və hörmətlə qarşılayacaq". Əlirza Beygi həmçinin deyib: "Azərbaycan Respublikası dövlətindən istəyirik ki, öz rəftarına yenidən baxsın, ta İran və Azərbaycan əhalisi bir-birinin yanında rahatlıqla yaşaya bilisinlər və öz münasibətlərindən faydalansınlar"». Geri qayıt |