Əsas Səhifə > Güney Press / Manşet > KREML RÜSTƏM İBRAHİMBƏYOVA MALİYYƏ AYIRIR?

KREML RÜSTƏM İBRAHİMBƏYOVA MALİYYƏ AYIRIR?


4-02-2013, 16:23
KREML RÜSTƏM İBRAHİMBƏYOVA MALİYYƏ AYIRIR?
DİA.AZ: - Tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun bir müddət əvvəl elan etdiyi В«ElВ» Hərəkatı gələn aydan etibarən çox ciddi şəkildə fəaliyyət göstərəcək. Bu ilginc məlumatı DİA.AZ-a Rüstəm İbrahimbəyovun da təsisçilərindən olduğu Ziyalılar Forumundakı məlumatlı şəxs ötürüb.

Mənbənin söylədiklərinə görə, hazırda Rusiyada olan Rüstəm İbrahimbəyovun ABŞ-a və Fransaya nəzərdə tutulan qısamüddətli səfərlərinin ardından Azərbaycana dönüşü gözlənilir:

В«Amma əsas olanı odur ki, tanınmış kinorejissor Azərbaycana əliboş dönmür. Onun artıq Azərbaycanda çox ciddi hadisələrin baş verməsi üçün Kremlə aid şübhəli dairələrlə danışıqlar apardığı məlum olub. Doğrudur, bu gün kimsə Rüstəm İbrahimbəyovun bu əməllərini təftiş etmir və bu barədə onun sorğu-sual edilməsi də gözlənilmir. Amma bir məsələ var ki, hər kəs İbrahimbəyovun Rusiya ilə bu şəkildə yaxınlığından məmnundurВ».

Mənbəmiz iddia edir ki, В«ElВ» Hərəkatının fəaliyyətinin qurulması, hətta etiraz aksiyaları keçirə bilməsi üçün İbrahimbəyovun Bakıya həm də maliyyə ilə gələcəyi də gözlənilir: В«Bu barədə əvvəldən danışıqlar olub. Və hər dəfəsində Rüstəm İbrahimbəyov Rusiya, ABŞ və Fransa səfərlərindən sonra В«problemlərinВ» yoluna qoyulacağını vəd edibВ».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt