Əsas Səhifə > Güney Press / Manşet > MƏNİM YOL POLİSİM MƏNƏ TƏHLÜKƏ TÖRƏDİR

MƏNİM YOL POLİSİM MƏNƏ TƏHLÜKƏ TÖRƏDİR


4-02-2013, 14:17
MƏNİM YOL POLİSİM MƏNƏ TƏHLÜKƏ TÖRƏDİR
DİA.AZ: - Sovet dövründə məşhur bir deyim var idi: Mənim polisim məni qoruyur… İndi isə maləsəf özünü polisdən qorumaq zərurəti Azərbaycan vətəndaşının bir nömrəli qayğısıdır. Xüsusən də ol polislərindən… Hər halda, bu gün sürücü olan hər bir Azərbaycan vətəndaşı yol polislərinin hansı həddə vətəndaşla davrandıqlarını və pul naminə hansı oyunlardan çıxdıqlarını gözəl bilir. Elə sürücü olmayanlar üçün də əlavə izahata ehtiyac yoxdur.

Bu gün internet-medianın, onlayn-jurnalistikanın inkişaf etdiyi bir dönəmdə yaşayırıq və artıq yol polislərinin əməlləri barədə yüzlərlə videomaterialı belə asanlıqla izləyə bilirik. Maləsəf ki, yalnız izləyirik… və əlaqədar qurumlar, şəxslər daha çox etinasızlıq nümayiş etdirirlər ki, bunun da nəticəsində medianın qaldırdığı problemlər həllini tapmamış vəziyyətdə qalmaqdadır.

Biz bu dəfə nə hansısa şikayətçinin şikayətindən yazacağıq, nə də hansısa əlahiddə bir olayı işıqlandıracağıq. Bu dəfə elə öz başımıza gələnlərdən danışmaq istəyirik. Özü də az əvvəl baş vermiş bir olaydan. DİA.AZ əməkdaşlarından birinin avtomobili В«SahilВ» metrostansiyasının yaxınlığından qanunsuz olaraq yol polisinin göstərişi ilə evakuasiya edilib.

Yox, maşın ərazidə uzun müddət qalmayıb. Yox, tək həmin ərazidə DİA.AZ əməkdaşının avtomobili olmayıb. Təsəvvür edin, digər maşınların da saxladığı yerdə saxlanılan avtomobil ərazidə keşik çəkən Elnur adlı yol polisi əməkdaşının gözünə В«yadВ» göründüyündən dərhal evakuasiya maşınını sazlayıb və heç ərazidə beş dəqiqə belə durma imkanı tanınmayan maşını sürütləyə-sürütləyə aparmaq fikrinə düşüb.

Təbii ki, haqqımızı və hüququmuzu bildiyimizdən dərhal əməkdaşımız maşınının aparılmasının qarşısını alıb. Və hətta bu olayla bağlı Dövlət Yol Polisinin yüksək yetkililərini də məlumatlandırıb. Amma maləsəf ki, hamısının bir sözü olub: В«Qoy, maşını cərimə meydançasına aparsınlar, orada aydınlaşarВ».

Diqqət yetirin, hətta billə-bilə ki, qanunu pozurlar yenə də özbaşınalığın davam etməsinə şərait yaradırlar. Sən demə, bunlarda hər şey В«spisokВ» ilə imiş. Yəni artıq əməkdaşımıza aid maşının evakuasiya olunması onların В«kitabınaВ» salınıbmış və əgər kitabdan pulu alınmadan çıxarılırsa, kiminsə, DYP-yə və yaxud da bir başqa idarəyə aid yüksəkranqlı bir məmurun adı yazılmalıdır.

Maraqlı bir faktı da öyrəndik ki, əgər həmin məmur DYP-yə aid şəxsdirsə, ondan az qala izahat belə alınır ki, nədən maşını buraxdırıb. Və həmin məmur da izahatını verməli olur. Yəni mətbuat işiçisi idi, filan məmurun qohumu idi və s. və i.

Bəli, bütün bunlar Azərbaycan reallığıdır. Və bu gün qəssab kimi çalışan həmin yol polisi əməkdaşları bütünlükdə olaraq DYP-nin adına ləkə gətirsələr belə, onların yerləri göz üstündə tutulur ki, bu da səbəbsiz deyil… Yəqin ki, səbəbini sizlər də təxmin etdiniz…

Geri qayıt