Əsas Səhifə > Siyasət, Manşet > GƏNCƏNİN ŞEFİNDƏN ŞOK MALİYYƏ MAXİNASİYASI

GƏNCƏNİN ŞEFİNDƏN ŞOK MALİYYƏ MAXİNASİYASI


4-02-2013, 08:31
GƏNCƏNİN ŞEFİNDƏN ŞOK MALİYYƏ MAXİNASİYASI
İCRA BAŞÇISI GƏNCƏ ŞƏHƏRİNƏ AYRILAN VƏSAİTİ ŞƏXSİ HESABINA YATIRIB

DİA.AZ: - Redaksiyamıza Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı ilginc faktlar daxil olub. Bilgili qaynağın iddia etdiklərinə görə, son günlər «vurulacağı» haqda məlumatları yayılan Gəncənin icra başçısının mövqeləri həddindən artıq zədələnib ki, hətta qardaşı Xanlar Vəliyev belə ona sahib çıxacaq durumda deyil.

Mötəbər mənbə DİA.AZ-a bildirib ki, bir neçə gün əvvəl Rasim Musayevi Gəncədən uzaqlaşdıran və onunla işləmək istəmədiyini bildirən Elmar Vəliyevə qarşı hərəkətə keçən əks-cinah onun hər addımının təqib edilməsi barədə göstəriş verib: «Və Elmar Vəliyevdən qisas almaq istəyən qüvvələr çox gözləməli olmayıblar. İcra başçısı ilə bağlı aparılan araşdırmalar zamanı onun karyerasına birdəfəlik olaraq son qoya biləcək kompromat xarakterli faktlar aşkarlanıb».

Mənbəmizin söylədiyinə görə, söhbət külli miqdarda yeyinti faktından gedir: «Elmar Vəliyevin prezident tərəfindən ayrılan vəsaitin tamamını öz şəxsi hesabına köçürməsi faktı aşkarlanıb. Sonradan görülməli olan işlər isə başqa qaynaqlar - erli idarə və müəssisə rəhbərlərinin, sahibkarların hesabına həyata keçirilib. Burada təbii ki, qeyri-adi heç nə yoxdur. Yəni bütün rayonlarda icra başçıları büdcə pullarını mənimsəyir. Amma bu məsələdə diqqətçəkəni odur ki, Gəncənin icra başçısı ayrılan vəsaitin tamamını birbaşa olaraq xarici bankların birində şəxsən öz adına olan hesaba köçürtdürüb».

Məhz bu faktla əlaqədar Elmar Vəliyevin başının ciddi şəkildə ağrıyacağını bildirən mənbəmiz onu da əlavə etdi ki, artıq maliyyə nazirliyinin ekspertləri icra başçısının fəaliyyətini araşdırma yönündə təlimatlandırılıblar.

Geri qayıt