Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ REKTORU FRANSADA OĞURLAYA BİLƏRLƏR

KEÇMİŞ REKTORU FRANSADA OĞURLAYA BİLƏRLƏR


4-02-2013, 08:15
KEÇMİŞ REKTORU FRANSADA OĞURLAYA BİLƏRLƏR
ƏKS-CİNAH ELŞAD ABDULLAYEVƏ QARŞI ƏMƏLİYYAT HAZIRLIĞINA GEDİR

DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin həbs olunaraq Azərbaycana gətirilməsilə bağlı əks qütbün hələ xeyli müddət əvvəlindən çaba sərf etməsi barədə məlumat vermişdik. İndi isə redaksiyamızın əldə etdiyi informasiyalarda artıq bu yöndə çox ciddi hərəkətlənmələrin baş verməsi qeyd olunur.

Bu barədə Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, Elşad Abdullayevin hədəflədiyi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslər neçə müddətdir ki, ABU-nun keçmiş rektorunun həbs olunması yönündə bir sıra addımlar atırlar.

Mənbənin söylədikləri: «Bu gün Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişlərlə bağlı yalnız onun qardaşının itkin düşməsi faktı araşdırılmaqdadır. Amma sabiq rektor daha ciddi ittihamlar da səsləndirir və ittihamlarını sübutlayan dəlillər hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya götürülmür. Söhbət PA rəhbərinə qarşı söylənilən rüşvət ittihamlarından gedir. Amma bu faktların hansı şiddətdə olmasına baxmayaraq rəsmi Bakı susur».

Mənbəmiz bu yöndə Mehdiyevə yaxın cinahın ciddi müqavimət göstərdiyini bildirməklə yanaşı onu da vurğuladı ki, onlar Elşad Abdullayevin Azərbaycana hüquqi yolla gətirilməsinin imkansız olduğunu görərlərsə, o zama onu hətta gizli şəkildə Bakıya gətirməyi belə düşünürlər: «Az qala Türkiyə xüsusi xidmət orqanlarının PKK-lı başkəsən Abdullah Öcalana qarşı hazırladıqları əməliyyatın bənzəri belə həyata keçirilə bilər. Amma hələlik bu barədə ciddi qərar yoxdur, yalnız niyyət var. Onlara Elşad Abdullayev susması üçün lazımdır. Həm də keçmiş rektorun adına olan mülklər, əmlaklar da onun iştirakı olmadan ələ keçirilə bilməz».

Geri qayıt