Əsas Səhifə > Cəmiyyət > ZAQATALADA FƏHLƏLƏR ÜSYANA QALXDI

ZAQATALADA FƏHLƏLƏR ÜSYANA QALXDI


1-02-2013, 12:57
ZAQATALADA FƏHLƏLƏR ÜSYANA QALXDI
ONLAR MAAŞ DAVASINA ÇIXIBLAR

Zaqatala rayonu Əliabad kəndində bir qrup insan etiraz aksiyası keçirməyə cəhd edib. ANS PRESS-in bölgə müxbirinin sözlərinə görə, onları narazı salan rayon ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin fəhlələri işlədib, onların pulunu verməməsidir. Aksiya keçirənlərin də əksəriyyəti elə fəhlələrdir. Onlar uzun müddət tikinti şirkətində işlədiklərini, lakin hələ də məvacib ala bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Zaqatala rayon İcara Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Elmar Ramazanov ANS PRESS-ə açıqlamasında bütün narazı fəhlələrin şikayətlərinin dinləniləcəyini və problemin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.

Geri qayıt