Əsas Səhifə > Güney Press / Manşet > İQTİDAR ÜSYANLARIN ARXASINDAKI QÜVVƏNİ AXTARIR

İQTİDAR ÜSYANLARIN ARXASINDAKI QÜVVƏNİ AXTARIR


31-01-2013, 17:10
İQTİDAR ÜSYANLARIN ARXASINDAKI QÜVVƏNİ AXTARIR
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a maraqlı bir məlumat ötürülüb. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, son zamanlar Azərbaycanın regionlarında baş verən etiraz aksiyalarının davamlı xarakter alması artıq hakimiyyətin üst düzəyini də hərəkətə gətirib.

Bu barədə danışan hökumət içindəki qaynaq iddia edir ki, artıq məsələnin tam olaraq təhlükəli nöqtəyə çatmasına əmin olan rəsmi dairələr vəziyyətin nəzarətə alınması üçün ciddi tədbirlər planı hazırlayıblar.

Mənbə iddia edir ki, əslində rayonlardakı aksiyalar heç də təsadüfən baş vermir ki, bu da hakimiyyətiçi olaylarla əlaqələndirilir: В«Təbii ki, bütün bu prosesləri yönəldən qüvvələr var. Hər bir rayona sanki bir nəfər В«qarışdırıcıВ» təhkim olunub. Artıq bütün bunların müəyyənləşdirilməsi üçün hakimiyyətin ən üst dairələri tərəfindən məxfi araşdırmaçı qrup yaradılıbВ».

Mənbənin sözlərinə görə, araşdırmalarda məqsəd baş verənləri nəzarəti altında saxlayan qüvvə(lər)in müəyyən olunaraq zərərsizləşdirilməsidir.

Təbii ki, burada hansı qüvvələrin təhrikedici rolunda çıxış etdiyini təxmin etmək o qədər də çətin deyil.

Geri qayıt