Əsas Səhifə > Güney Press / Manşet > SABİRABADDA QARABAĞ QAZİSİ ETİRAZA BAŞLADI
SABİRABADDA QARABAĞ QAZİSİ ETİRAZA BAŞLADI31-01-2013, 16:41 |
![]() DİA.AZ: - Daha bir rayonda etiraz aksiyası başlayıb. Bu barədə DİA.AZ-a Sabirabaddakı məlumatlı şəxslər xəbər verib. Məlumatda deyilir ki, Qarabağ Qazisi Zaur Ağa aclıq aksiyasına başlayıb. Səbəb kimi dözülməz sosial şəraitini göstərir. Məlumatlardan o da aydın olur ki, bu gün AXCP Sabirabad şöbəsinin sədri Səttar Şahlar və Sahib Rüstamli ona baş çəkib qayıdarkən yolda Sabirabad rayon polis idarəsinin işçiləri tərəfindən saxlanılıblar. Onu da bildirək ki, məlumatı dəqiqləşdirmək üçün əməkdaşlarımız Zaur bəylə əlaqə saxladılar və o faktı təsdiqlədi. Əlavə bilgi veriləcək. Geri qayıt |