Əsas Səhifə > Partiya > MÜSAVATDAN ƏLİ HƏSƏNOVA SƏRT CAVAB

MÜSAVATDAN ƏLİ HƏSƏNOVA SƏRT CAVAB


22-11-2011, 11:11
MÜSAVATDAN ƏLİ HƏSƏNOVA SƏRT CAVAB

“ƏGƏR ERMƏNİ İLƏ KONYAK İÇMƏK DÖVLƏTƏ, XALQA XƏYANƏTDIRSƏ”...

Xəbər verildiyi kimi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin ünvanına növbəti dəfə kəskin fikirlər səsləndirib. Ə.Həsənov mediaya ötən həftə verdiyi müsahibədə ölkə müxalifətini Gürcüstanda ermənilərlə konyak içib vətənə xəyanət etməkdə və digər məsələlərdə ittiham edib.

Əli Həsənovun konyak məsələsində Azərbaycan müxalifətindən kimə və kimlərə işarə etdiyini aydınlaşdırmağa çalışdıq. Ölkənin aparıcı müxalif partiyalarına sorğularımız zamanı bəlli oldu ki, müxalifət funksionerlərindən ara-sıra Gürcüstana gedib-gələnlər olur. Lakin heç kim ermənilərlə görüşüb içki məclisində iştirak etmir.

Əli Həsənovun anonim şəkildə müxalifəti ittiham etməsi qarşı tərəfin əks reaksiyası ilə qarşılanıb. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirdi ki, Azərbaycanın müxalifətçilərinin hər hansı ölkədə ermənilərlə birgə konyak içməsi faktı məlum deyil. Amma hakimiyyətin bəzi nazirlərinin Ermənistanda ziyafət məclislərində iştirak etmələri bütün dünyaya məlumdur: “Əgər erməni ilə konyak içmək dövlətə, xalqa xəyanətdirsə, bu xəyanətə müxalifət yox, hakimiyyətdəki bir çox şəxslər artıq yol veriblər. Azərbaycanın nazirləri, digər yüksək vəzifəli məmurları Ermənistana gedirlər. Qayıdandan sonra deyirlər ki, getdim orda nostalji hisslər yaşadım, mənə köhnə qonşularım böyük hörmət, nəvaziş nümayiş etdirdilər. Bu cür adamlar, ermənilərlə biznes quranlar, arvadı, anası erməni olanlar müxalifətdə yox, hakimiyyətdə vəzifələrdədir. Xəyanət ermənilərlə ticarət əlaqəsi qurmaq, erməni qohumları ilə müştərək biznes qurmaqdır”.

G.Aslanlı qeyd etdi ki, Azərbaycan müxalifətini heç bir fakt olmadan xəyanətkar adlandırmağın məhkəmə perspektivi ola bilər: “Əgər demokratik ölkə olsa təbii...”


Geri qayıt