Əsas Səhifə > Gündəm, Manşet > İSMƏT ABBASOVA DAŞINAN ÇEMODAN DOLU PULLAR

İSMƏT ABBASOVA DAŞINAN ÇEMODAN DOLU PULLAR


31-01-2013, 10:24
İSMƏT ABBASOVA DAŞINAN ÇEMODAN DOLU PULLAR
KTN ŞEFİ ARİF ƏLİYEV VASİTƏSİLƏ DÜNYA BANKININ PULUNU MƏNİMSƏYİR

DİA.AZ: - Redaksiyamıza lənd təsərrüfatı naziri İsmət Abbasova qarşı olduqca sərt ittihamların yer aldığı bir açıqlama daxil olub. Bildirək ki, DİA.AZ-ın elektron poçtuna göndərilən məktubda KTN şefinin müdhiş maxinasiyalarından bəhs edilir.

Həmin faktların bəzi qismlərini diqqətinizə təqdim edirik. Beləliklə, məlumatı verən mötəbər mənbə bildirir: “Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayırmışdır. Həmin pul vəsaitinin kredit şəkilində paylanılması “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatına (İKA) həvalə olunmuşdur və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kredit ittifaqlarının kreditləşməsi üçün nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir.

Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7ci mərtəbəyə, yəni İsmət Abasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.

Arif Əliyev bir çox kredit ittifaqlarının- “Tərəkəmə”, “Yüzbaşlı-2”, “İlham”, “Sahibkarlar”, “Aşıxlı”, “Aran”, “Ləman”, “Masallı” və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarmış və özlərinin dediyi kimi aşağı yollamışdır. Hətta İlham və Yüzbaşlı-2 kredit ittifaqlarının sədrlərinin başqa cinayət işlərində əlləri olduqlarına görə həbs olunmuşlar.

Arif Əliyev Sahibkarlar və Tərəkəmə Kİ-lərin adlarına 1 mln manat kredit ayırmasına və onun müəyyən qismini mənimsəməsinə baxmayaraq, hər birindən 1mln manatın geri qaytarılmasını tələb etdikdə həmin Kİ rəhbərləri Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışlar.

Tərəkəmə Kİ-nin rəhbəri Türkiyədə qızıl mağazası açıb fəaliyyət göstərir. Hətta Arif Əliyev girovların qeyri-qanuni qiymətləndirməsi, yalandan təmir xərcləri və s kimi təşkilata məxsus olan pulları da təşkilatdan çıxarıb İsmət Abasovla bölür”.

Onu da bildirək ki, mənbə redaksiyamıza daha dəhşətli faktları da ötürüb ki, həmin bilgiləri də yaxın vaxtlarda diqqətinizə təöqdim edəcəyik. Bizi izləmək də davam edin.

Geri qayıt