Əsas Səhifə > Cəmiyyət > "SÖYÜN SADIQOV RUSİYADA AZƏRBAYCANI ALVERƏ QOYUB"

"SÖYÜN SADIQOV RUSİYADA AZƏRBAYCANI ALVERƏ QOYUB"


30-01-2013, 13:08
"SÖYÜN SADIQOV RUSİYADA AZƏRBAYCANI ALVERƏ QOYUB"
KREMLİN TƏXRİBAT PLANI

RATİ üzvü Ramazan Abdullatipovun Dağıstan prezidenti təyin olunması Kremlin Azərbaycana verdiyi qorxulu mesaj kimi xarakterizə edilir. “RATİ üzvünün Dağıstana prezident təyin olunması Azərbaycana təhdiddir. Rusiya artıq bir neçə istiqamətdə Azərbaycanın üzərinə gəlir. Abdullatipovun RATİ üzvü olmağa ixtiyarı yoxdur və buradan da tam şəkildə aydın olur ki, RATİ-ni Rusiyanın kəşfiyyat orqanları yaradıb. Məhz Söyün Sadıqovun əli ilə Azərbaycanda dövlət çevrilişi hazırlanır” deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə S.Sadıqovun Azərbaycanla heç bir bağlılığı yoxdur: “Azərbaycanın hərtərəfli əziyyət çəkməsinə bu adam razılıq verə bilər. S.Sadıqov alverçidir və indi də Azərbaycanı alverə qoyub. Abdullatipov da çox təhlükəli, eyni zamanda millətlərarası münaqişələr üzrə çox peşəkar siyasətçidir. Həmçinin Sergey Şoyqu və Nikolay Bordyujanın Ermənistandan verdiyi bəyanatlar, İranın Azərbaycanda insan hüquqlarının tapdalanmsı barədə verdiyi açıqlamaların hamısı Azərbaycana ciddi təhdid kimi başa düşülməlidir. Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyinə doğru atdığı sonuncu addım Abdullatipovun Dağıstana prezident təyin olunmasıdır. Rusiya çalışır ki, Şimalda “Sadval”ın fəaliyyəti gücləndirilsin, Azərbaycanda daxili separatizm yenidən gündəmə gəlsin. Bu o deməkdir ki, bu vəziyyət yaranarsa qarşıdakı aylarda Rusiyanın Azərbaycana müdaxiləsi baş tutacaq. Azərbaycan təcili şəkildə Rusiya ilə danışıqlara getməlidir, əks təqdirdə 1920-ci ildəki ssenari təkrar oluna bilər. Bunu etmək üçün Moskvada maliyyə cəhətdən çox güclü təşkilat yaradılıb və onun arxasında Rusiyanın kəşfiyyat orqanları durur. Bununla bağlı həyəcan siqnalı verilməlidir və təcili şəkildə bu işlə məşğul olunmalıdır. Prosesləri iqtidarın üzərinə yıxmaq düzgün deyil, müxalifət elə bilir ki, Rusiya Azərbaycanı tutandan sonra yenidən cəbhəçiləri hakimiyyətə gətirəcək. Xeyr, Rusiya elə birinci onları məhv edəcək!” (“OLAYLAR” İA)
Geri qayıt