Əsas Səhifə > Siyasət, Manşet > SƏLİM MÜSLÜMOVUN İSTEFA ANI YETİŞİB
SƏLİM MÜSLÜMOVUN İSTEFA ANI YETİŞİB30-01-2013, 12:43 |
HAKİMİYYƏT BİR NEÇƏ SƏS-KÜYLÜ KADR İSLAHATI HƏYATA KEÇİRƏCƏK DİA.AZ: - Hələ xeyli əvvəldən Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun iqtidar daxilindəki mövqelərinin çox ciddi şəkildə sarsılması barədə məlumat vermişdik. Elə 2011-ci ilin fevral ayından start götürən antikorrupsiya tədbirlərinin də daha çox hədəfinə məhz DSMF-ə aid qurum və şəxslərin çevrilməsi faktı belə deməyə əsas yaradırdı ki, Səlim Müslümovu hakim komandadan çıxdaş etmək niyyətinə düşənlər var. DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, DSMF rəhbərinin gedişinə artıq qərar verilib. Mənbəmiz iddia edir ki, yaxın günlərdə hakimiyyət bir neçə səs-küylü kadr islahatı həyata keçirməyi planlaşdırır. Nazirlər Kabinetindəki bilgili qaynağın iddia etdikləri: «Həmin dəyişikliklər nəticəsində 4 rayonun icra başçısı vəzifələrindən azad ediləcək. Prezident Administrasiyasının şöbə müdirlərindən biri də yeni vəzifəyə göndəriləcək, amma aşağı posta. Səlim Müslümovun yerinə isə DSMF-nin başçısı postuna gənc deputatlardan birinin gətirilməsi planlaşdırılır». Mənbəmiz onu da əlavə etdi ki, bütün bu islahatların yaxın günlərdən etibarən tədrici olaraq həyata keçirilməsi gözlənilir. Geri qayıt |