Əsas Səhifə > Hadisə > BAKIDA BANK İŞÇİSİ YOXA ÇIXIB

BAKIDA BANK İŞÇİSİ YOXA ÇIXIB


30-01-2013, 12:09
BAKIDA BANK İŞÇİSİ YOXA ÇIXIB
2 AYDIR ONDAN XƏBƏR YOXDUR

Bakının Xətai rayonu ərazisində yoxa çıxmış bank işçisi ilə bağlı şok məlumat var. Milli.Az-ın məlumatına görə, paytaxtda yerləşən banklardan birinin əməkdaşı, 33 yaşlı Seymur Səmədov ötən il dekabrın 18-də Əhmədli qəsəbəsində 9-cu Əhmədli kücəsi ev 41b ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Aparılan axtarışlar heç bir nəticə verməyib. Xətai RPİ-nin 34-cü polis bölməsində təhqiqat araşdırması aparıldıqdan sonra axtarışa verilib.

S.Səmədovun ailəsindən Milli.Az-a bildirildi ki, Seymurun itkin düşməsindən 43 gün keçməsinə baxmayaraq, ondan xəbər yoxdur. Ötən gün faktla bağlı cinayət işi başlanıb.
Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi Xətai Rayon Prokurorluğu tərəfindən başlanılaraq istintaq olunması üçün polisə göndərilib.

Onu da əlavə edək ki, S.Səmədov təzə evlənibmiş. Yoxa çıxan gün məzuniyyətdə olduğu vaxt iş yerindən hansısa sənədi imzalamaq üçün onu işə çağırıblar. Evdən çıxan Seymur Səmədov bir daha geri qayıtmayıb.

Geri qayıt