Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA BÖYÜK İNQİLAB PLANI HAZIRLANIB
AZƏRBAYCANDA BÖYÜK İNQİLAB PLANI HAZIRLANIB30-01-2013, 11:16 |
QƏRBƏ AİD TƏŞKİLATLAR İLLƏRDİR Kİ, BÖLGƏLƏRDƏ İŞ APARMAQDADIR DİA.AZ: - Portalımıza Qərbin Azərbaycanda dəyişikliklər planını icraya başlaması haqda şok məlumatlar daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, illərdir Azərbaycanda «vətəndaş cəmiyyəti institutlarının yaradılması və aktivləşdirilməsi» yönündə böyük fəaliyyət proqramını icra edən Qərbə aid müxtəlif təşkilatlar 2013-cü il prezident seçkiləri ərəfəsində məhz bu mexanizm vasitəsilə Azərbaycanda siyasi dəyişikliklərə nail olmaq niyyətindədir. Xatırladaq ki, son zamanlar respublikamızın ayrı-ayrı bölgələrində hakimiyyətə və yerli məmurlara qarşı etiraz aksiyaları təşkil olunmaqdadır ki, bu günlərdə İsmayıllıda yaşanılan hadisələr böyük xalq narazılıqlarının miqyasının daha da genişlənəcəyindən və həmçinin intensiv xarakter alacağından xəbər vermiş oldu. Və ən maraqlısı o oldu ki, dünənə qədər siyasi müxalifətə qarşı basqılara zaman-zaman susurmuş kimi görünən Qərb, xüsusən də rəsmi Vaşinqton İsmayıllıda baş verən hadisələrdən etibarən biganəlik sindromunu da darmadağın etmiş oldu. Məhz bu məqama xüsusi diqqət ayıran mənbəmiz iddia edir ki, bir sıra beynəlxalq təşkilatların dəstəyi və himayəsi altında Azərbaycanda regionların fəallaşması siyasəti həyata keçirilməkdədir: «Təbii ki, burada son hədəf kimi hakimiyyət dəyişikliyi nəzərdə tutulub. ABŞ səfirliyi adından əgər rəsmi Bakı vətəndaşlarla dialoqa dəvət olunursa, bunun davamını və inkişafını da gözləmək lazımdır». Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, may ayından etibarən daha böyük hadisələr baş verəcək: «Bu bir plandır və bu planın icrası məqsədilə yüzlər, minlər yox, on minlər, yüz minlər səfərbər olunub». Geri qayıt |