Əsas Səhifə > Gündəm, Manşet > SƏBAYEL İCRA HAKİMİYYƏTİNDƏN DƏ NARAZILIQ VAR

SƏBAYEL İCRA HAKİMİYYƏTİNDƏN DƏ NARAZILIQ VAR


30-01-2013, 10:23
SƏBAYEL İCRA HAKİMİYYƏTİNDƏN DƏ NARAZILIQ VAR
BAYIL SAKİNLƏRİ YAŞADIQLARI BİNANIN ÇÖKƏCƏYİNDƏN QORXURLAR

DİA.AZ: - Redaksiyamıza Səbayel rayon icra başçısından giley-güzar edən bir vətəndaş məktubu daxil olub. Bir qrup Bayıl qəsəbəsi sakini adından edilən müraciətdə bildirilir ki, onlar neçə müddətdir yaşadıqları Aqil Quliyev 21 ünvanının dam örtüyünün çökmə təhlükəsi altında olması barədə əlaqədar qurumları məlumatlandırsalar da, kimsə qollarını çırmayıb, problemin həllinə maraq göstərmir.

Sakinlərin DİA.AZ-a göndərdikləri şikayət məktubunda deyilir: «Biz həm aidiyyatı üzərə MİS-ə və həm də Səbayel rayon icra hakimiyyətinə müraciət etmişik. Amma buna baxmayaraq problem həllini tapmayıb. İcra hakimiyyətindən məsələni o qədər böyütdülər ki, sanki bir binanın damının təmir edilməsi böyük bir hadisə imiş. Halbuki «Avroviziya-2012» mahnı yarışması ərəfəsində yaşadığımız ərazidə milyonları sağa-sola xərclədilər».

Şikayətçilər bildirir ki, yağışlı və qarlı havada evlərinin su altında qalması artıq onlar üçün adi hala çevrilib: «Amma ən təhlükəli olanı odur ki, 1903-cü ildə tikilən ikimərtəbəli bina yağış sularının yuması səbəbindən çökə bilər. Deməli, həyatımız risq altındadır. Əlaqədar təşkilatlar isə susur. Bu günlərdə isə yerli MİS-dən bildirdilər ki, icra hakimiyyəti 3 ədəd tol göndərib ki, binanın damını örtək. Başa düşmədik, nədən biz binanın damını örtməliyik? Halbuki iki ldəfə sakinlər bu vaxta qədər öz hesablarına təmir ediblər? Bəs təmirə ayrılan pullar hara xərclənir? Həm də digər tərəfdən, binanın tamamən damı dəyişməli olduğu halda 3 ədəd tol problemi həll etməyəcək axı?».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt