Əsas Səhifə > Partiya > QUBAD İBADOĞLU AVROPA SƏFƏRİNİN HESABATINI VERİB

QUBAD İBADOĞLU AVROPA SƏFƏRİNİN HESABATINI VERİB


21-11-2011, 18:20
QUBAD İBADOĞLU AVROPA SƏFƏRİNİN HESABATINI VERİB

MÜSAVAT DİVANINDA 15 NOYABR AKSİYASINDAN DANIŞILIB

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın əvvəlində Divan üzvü Qubad İbadoğlu Brüssel, Milan və Vaşinqton şəhərlərində qatıldığı beynəlxalq tədbirlər haqqında iştirakçıları bilgiləndirib. Sonra İctimai Palatanın noyabrın 15-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi piket haqqında məlumat dinlənilib və fikir mübadiləsi aparılıb.

Gündəliyin partiyadaxili məsələlər bölümündə qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti toplantısının noyabrın 28-də keçirilməsi qərara alınıb. “Müsavat-100” yubiley tədbirləri çərçivəsində şahmat turnirinin keçirilməsi haqqında qərar qəbul edilib və təşkilat komitəsi yaradılıb.

İclasda partiya funksioneri Arif Hacılı və digər həbsdə olan İctimai Palata üzvləri ilə bağlı məsələ də müzakirə mövzusu olub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsində yazıçı-publisist Rafiq Tağının bıçaqlanması ilə əlaqədar bəyanat verilib.


Geri qayıt