Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVA ÖLKƏNİ TƏRK ETMƏK İSTƏYİR?

GÜLƏR ƏHMƏDOVA ÖLKƏNİ TƏRK ETMƏK İSTƏYİR?


29-01-2013, 15:21
GÜLƏR ƏHMƏDOVA ÖLKƏNİ TƏRK ETMƏK İSTƏYİR?
DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videohəmlələrinin ardından mandatını itirən və hal-hazırda istintaq altında, polis nəzarətində olduğu söylənilən keçmiş deputat Gülər Əhmədova ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Bilgili qaynaqlardan DİA.AZ-a sızan informasiyaya görə, Gülər Əhmədova Azərbaycanı tərk etməyə hazırlaşır: В«Onun Türkiyə və yaxud da Avropa ölkələrindən birinə gedəcəyi gözlənilir. Burada bir maraqlı məqam var ki, Gülər Əhmədovanın ölkədən çıxışı qanunlarla əngəllənir. Bu isə o deməkdir ki, keçmiş deputat qeyri-leqal yollarla Azərbaycanı tərk edəcəkВ».

Mənbəmiz onu da bildirdi ki, əslində Ramiz Mehdiyevin ifşasında yeganə açar isim olan Gülər xanımın təhlükəsizliyi bu gün bir çoxları üçün, həmçinin Elşad Abdullayevin yaratdığı videoajiotajdan faydalanan çevrələr üçün ən ümdə olan məsələlərdən biridir. Xatırladaq ki, Sevinc Babayevanın məhz bu səbəbdən aradan götürüldüyü haqda söhbətlər yayılıb.

Geri qayıt