Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV İNDİ HANSI ADDIMI ATA BİLƏR?

RAMİZ MEHDİYEV İNDİ HANSI ADDIMI ATA BİLƏR?


29-01-2013, 12:03
RAMİZ MEHDİYEV İNDİ HANSI ADDIMI ATA BİLƏR?
PA ŞEFİ ONUN ÜZƏRİNƏ GƏLDİKCƏ, MÜQAVİMƏTİNİ DAHA DA ARTIRIR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri artıq indidən bir sıra fəsadları ilə müşahidə olunmaqdadır. Hər halda, kənar güclərin dövlətimizə basqılarını burada xüsusi olaraq vurğulamaq lazımdır. Son zamanlar bir-birinin ardından baş qaldıran xalq etirazlarında da məhz xaricdən müdaxilənin olduğu xüsusi olaraq vurğulanır ki, bu işdə bütün nəzərlər yenidən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dikilməkdədir.

Bəli, məhz Ramiz Mehdiyev hədəfə alındıqdan, Ramiz Mehdiyevə qarşı bir kampaniya başladıqdan sonra Azərbaycanda «xalq etirazları» dalğası baş qaldırmağa başladı. Və maraqlıdır ki, nədənsə bütün etirazlar Mehdiyevin nəzarətində olmayan rayonları əhatə etməkdədir. Yəni hansı rayonlardan PA şefi sorumlu deyil, həmin rayonları üsyan bürüyür ki, bunun adına da təsadüfin deyilməsi doğru deyil.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev zaman-zaman gizli videoçəkilişlər açıqlayaraq Ramiz Mehdiyevin ünvanına çox ağır ittihamlar səsləndirdi. Normalda bu ittihamlar Mehdiyevin istefası üçün yetərli idi. Amma gözlənilənlər baş vermədi və sırf Azərbaycan reallığına və hazırki iqtidarın mahiyyətinə uyğun olaraq PA şefi müqavimət göstərməyə başladı. Bununla da bir neçə istiqamətdə çoxşaxəli oyunlar həyata keçirildi.

Bir yandan Ramiz Mehdiyevin çoxdandır nişangahda saxladığı Müdafiə Naziri Səfər Əbiyevə qarşı kampaniya başladıldı, digər yandan ayrı-ayrı yerlərdə aksiyalar təşkil olundu və ictimai nəzər üçün hədəflər artırıldı. Artıq bu gün kimsə Ramiz Mehdiyevin mandat bazarlığından, onun mandat alveri ilə məşğul olmasından, ölkəni qarışdıracaq qüdrətinin olmasından, hətta siyasi müxalifətə belə ciddi təsir imkanlarının olmasından danışmır. Tək danışılanı xalq etirazlarıdır ki, bunun da süni şəkildə yetişdirildiyi göz önündədir. Çünki…

Çünki belə də olmalıdır və bu olanlar hələ prezident seçkilərinə qədər üürüyəcək. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki bilgili qaynaq iddia edir ki, əslində Ramiz Mehdiyev hələ qüdrətinin heç də tamamını nümayiş etdirməyib: «Onun iqtisadi sektorundakı imkanları da bəllidir. Doğrudur, son zamanlar çörək-taxıl biznesi PA şefinin nəzarətindən çıxarılıb. Amma unutmaq lazım deyil ki, bu gün yerli ərzaq bazarının böyük bir hissəsi «Azərsun» və digər bu kimi şirkətlərin xətti ilə məhz Ramiz Mehdiyevin nəzarəti altındadır. Yəni PA şefindən ikinci gözləniləsi addım onun məhz ölkədə süni olaraq ərzaq böhranı yaratmasıdır».

Bu barədə danışan mənbə iddia edir ki, əgər Elşad Abdullayev cəbhəsi «atəşkəsi» pozarsa, o zaman Ramiz Mehdiyev tərəfindən məhz qeyd olunan istiqamətdən ciddi zərbələr endiriləcək.

Geri qayıt