Əsas Səhifə > Hadisə > BAKIDA TELEJURNALİST XƏSTƏXANALIQ OLDU
BAKIDA TELEJURNALİST XƏSTƏXANALIQ OLDU29-01-2013, 11:08 |
"XƏZƏR"İN APARICISI ZƏHƏRLƏNİB Milli.Az-a daxil olan məlumata görə, Xəzər telekanalının “Cinayət və cəza” verilişinin aparıcısı Ramal Abdullayev qidadan zəhərlənib. O, 1 saylı Şəhər Xəstəxanasında həkim nəzarəti altındadır. Jurnalistin özü Milli.Az-a bildirdi ki, dünən yemək yeyəndən sonra vəziyyəti pisləşib. Dərhal xəstəxanaya müraciət edib. İlkin yardım göstərilib. Hazırda vəziyyəti qismən yaxşılaşsa da, bu gün müalicə davam etdiriləcək. Geri qayıt |