Əsas Səhifə > Hadisə > "GÜNƏŞ" SAUNASININ YANINDA KÜTLƏVİ DAVA

"GÜNƏŞ" SAUNASININ YANINDA KÜTLƏVİ DAVA


29-01-2013, 10:44
"GÜNƏŞ" SAUNASININ YANINDA KÜTLƏVİ DAVA
İKİ QARDAŞ QANLARINA QƏLTAN EDİLDİ

Bakıda kütləvi dava baş verib. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə Nərimanov rayonu Faiq Yusifov küçəsində, “Günəş” saunasının yaxınlığında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıb. Nəticədə V. Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Qardaşı B. Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Geri qayıt