Əsas Səhifə > Siyasət, Manşet > DİQQƏT: QARABAĞ UĞRUNDA BÖYÜK SAVAŞ BAŞLAYIR

DİQQƏT: QARABAĞ UĞRUNDA BÖYÜK SAVAŞ BAŞLAYIR


29-01-2013, 10:37
DİQQƏT: QARABAĞ UĞRUNDA BÖYÜK SAVAŞ BAŞLAYIR
RUSİYA ERMƏNİSTANI ƏLAVƏ OLARAQ GÜCLƏNDİRİR: MÜHARİBƏ ŞƏKKSİZDİR

DİA.AZ: - Məlum olduğu kimi, son günlər Azərbaycan-Ermənistan münasibətlərində müharibə ovqatı geniş vüsət alıb. Artıq savaşın başlama ehtimallarının yüksək olduğu iddia olunur. Elə son günlər rəsmi İrəvana dəstəyini artıran və Ermənistanın yanında olduğunu nümayişkaranə formada diqqətlərə çatdıran Rusiyanın təlaşlı hərəkətləri də müharibənin anonsu kimi qəbul edilməkdədir.

DİA.AZ bildirir ki, əslində ermənilərin Qarabağda müstəqil hava uçuşları həyata keçirmə niyyətiylə yenidən alovlanmaqda olan gərginlik heç də təsadüflərin nəticəsi deyil. Elə bu barədə redaksiyamızın hərbi mənbələrdən əldə etdiyi informasiyalar da çox ciddi qənaətlər formalaşdırmaqdadır.

Bilgili qaynağın DİA.AZ-a bildirdiyinə görə, son zamanlar Kremllə münasibətlərində problemlər yaşayan rəsmi Bakı bir yandan da müharibənin başlayacağı ilə təhdid edilməkdədir. Və bu işdə rəsmi İrəvanın təxribat xarakterli gedişlərinə güvənən ruslar demək olar ki, öz istəklərinə nail olublar. Yəni onlar artıq ermənilərin əli ilə Azərbaycanı təxribata çəkməyə müvəffəq olublar. Amma burada Azərbaycan dövlətinin hansı addımı atmasını proqnozlaşdırmaq o qədər də çətin deyildi. İstənilən bir halda rəsmi Bakı ermənilərin işğal olunmuş Qarabağ torpaqlarının hava səmasını də nəzarətlərinə alma cəhdlərini sərt formada reaksiya ilə qarşılayacaqdı. Bu isə rusların işinə yaramaqdadır.

Amma bir məsələ nəzərə alınmır ki, Azərbaycan istənilən halda regionda bğöyük savaşın çıxacağını gözləməkdədir və bu gözləntilərin gec və ya tez özünü doğrultması o qədər də mühüm əhəmiyyət kəsb etmir.

Qeyd edək ki, bütün bunların fonunda Rusiya Ermənistana dəstəyini aşkar formada nümayiş etdirir. Belə ki, İrəvan səfərinə çıxan Rusiya müdafiə naziri Sergey Şoyqu da Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gələrək iki ölkənin strateji müttəfiqlik münasibətlərinin güclənməsi yönündə böyük planlardan danışıb.

Qeyd edək ki, yanvarın 29-da isə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyası iclas keçirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi bu iclasa görə Ermənistana səfər edib. İclasda Ermənistan ərazisində zirehli texnika, mühəndis texnikası, hava hücumundan müdafiə sistemləri və “Mİ” markalı vertolyotların təmiri üçün müəssisələr yaradılması məsələsi müzakirə olunacaq.

Hər halda, bütün bunların Azərbaycana basqı kimi dəyərləndirilməsi şəkksizdir. Amma Azərbaycanın da yerində saymadığını bildirən mənbəmiz vurğulayır ki, artıq rəsmi Bakı bütün Qarabağ cəbhəsi boyunca hərbi əməliyyatların bərpasına tam olaraq hazırdır: «Diqqət yetirin, ruslar Ermənistana əlavə qüvvələrin yeridilməsindən, Ermənistana qarşı hücumun olacağı təqdirdə veriləcək hərbi dəstəkdən danışırlar. Halbuki illərdir onlar erməniləri görünməmiş şəkildə silahlandırırlar və hər dəfəsində erməni tərəfi silahlanma işində Azərbaycanın geri qaldvığını iddia edir. Amma söhbət reallığa gələndə təlaşlanırlar. Deməli, dünənə qədər onlar yalnız məsələləri söhbətdə udmağa çalışıblar. Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycan bu gün hətta rusların Ermənistandakı hərbi bazalarının belə savaşa cəlb olunacağı təqdirdə bütün Ermənistan ordusuna qalib gələcək imkana malikdir. Ona görə də ermənilərin ruslar tərəfindən əlavə olaraq gücləndirilməsi zəruriləşib».

Mənbəmiz onu da bildirdi ki, artıq Azərbaycan tərəfi hərbi əməliyyatların başlayacağı təqdirdə hansı addımların atılacağını planlaşdırmaqdadır: «Buna bir nöm müharibə tədarükü də demək olar. Hərbi əməliyyatların nə zaman başlayacağını isə yalnız gözləmək lazımdır».

Geri qayıt