Əsas Səhifə > Gündəm, Manşet > NƏDƏN NEFTÇALADA İCRA BAŞÇISI ƏSAS HƏDƏF DEYİL?
NƏDƏN NEFTÇALADA İCRA BAŞÇISI ƏSAS HƏDƏF DEYİL?29-01-2013, 10:15 |
YERLİ SAHİBKARLAR ONLARDAN ŞƏXSƏN PUL ALANA QARŞI KÖKLƏNİBLƏR DİA.AZ: - Artıq neçə gündür ki, ayrı-ayrı bölgələrimizdə xalq narazılıqları geniş vüsət almaqdadır. Belə ki, son saatların ən gərgin ünvanı kimi nişan verilən Neftçalada narazı sahibkarlar yerli icra hakimiyyətinin baş memarı Rüstəm Tahirovun şəxsi maşınını atəşə veriblər. Xatırladaq ki, DİA.AZ olaraq Rüstəm Tahirovun Neftçaladakı özbaşınalıqları ilə bağlı hələ zamanında hər kəsi məlumatlandırmışdıq. İcra başçısı İsmayıl Vəliyevin özü ilə bərabər gətirdiyi Rüstəm Tahirovun əslində adı «baş memar»dır. Bununla bağlı DİA.AZ-a məlumat verən rayondakı sahibkarlardan biri bildirir ki, İsmayıl Vəliyevin kassiri rolunu oynayan Rüstəm Tahirov başçının ən etibarlı adamıdır: «Bu günə kimi kimsə iddia edə bilməz ki, İsmayıl Vəliyevə rüşvət verib. Başçı ilə ancaq bazarlıq söhbəti aparılıb adətən. Pulu isə Rüstəm Tahirov alıb və bunun müqabilində başçıdan ona konkret faiz çatıb və bu mexanizma bu gün də davam etməkdədir». Məhz bu səbəbə görə Neftçalada yerli əhalinin başçıdan yox, daha çox baş memar kimi rayonda meydan sulayan Rüstəm Tahirovdan narazı olduğunu bildirən mənbəmiz onu da bildirdi ki, bu saatlarda Neftçalada vəziyyət sakit olsa da, amma rayonda etiraz aksiyası planlaşdırılır. Geri qayıt |