Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİDƏ GƏRGİNLİK: ARA QARIŞIB, MƏZHƏB İTİB
İMİŞLİDƏ GƏRGİNLİK: ARA QARIŞIB, MƏZHƏB İTİB28-01-2013, 12:00 |
![]() DİA.AZ: - İmişlı rayonunda vəziyyət gərginləşib. Rayonda məmur özbaşınalığı dözülməz həddə çatıb. Məmur özbaşınalığının acı nəticələri elə bir həddə çatıb ki, artıq sahibkarların normal fəaliyyət göstərməsi belə problemə çevrilib. Sosial partlayış həddinə çatan narazılıqları yaradan isə məhz rayon İcra Hakimiyyəti və yerli məmurlardır. DİA.AZ-a daxil olan məlumata görə icra başçısı Vilyam Hacıyev sahibkarları istismar edərək talançılıq siyasəti yürüdür. Rayonda aparaılan bütün abadlıq işləri də məhz sahibkarların şəxsi hesabına həyata keçirilir. Hətta tenderi udan sahibkarların da pulları verilmir, rayonda rüşvət və korrupsiya izaholunmaz dərəcədə tüğyan edir. Məhz bu səbəbdən İmişli rayonun abadlıq işlərinin icraçıları və bir qrup sahibkar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bolgexeber.com olaraq həmin müraciətin mətnini olduğu kimi təqdim edirik: "Cənab Prezident! Biz, aşağıda adları qeyd olunan sahibkarlar “Regionların sosial iqtisadi inkişafı proqramı əsasında” İmişli rayonunda abadlıq işləri görmək üçün Vilyam Haçıyev tərəfindən dəvət aldıq. Və sizin də açılışında iştirak etdiyiniz bir sıra obyekt və bayraq meydanı şəxsən bizim əl işimizdir. Lakin biz işi görüb qurtardıqdan sonra İmişli rayonun icra başçısı Vilyam Hacıyev bizə və material götürdüyümüz sahibkarların pulunu vermək istəmədi. Nə qədər açınaçaqlı səslənsə də, Vilyam Haciyev bizə catası 2 milyon 650 min manatı mənimsəyərək bizi rayondan qovdurdu. Və hazırda polis orqanları vasitəsi ilə bizim rayona girişimiz tam qadağan olundu. Cənab Prezident, biz Azərbaycanımızın gözəlləşməsi üçün müxtəlif rayonlarda abadlıq işlərinin icraçılarıyq. Hələ indiyə qədər bir rayonun icra başçısı bizi bu şəkildə aldatmayıb və gördüyümüz işin hesabını tam ödəyib. Ancaq Vilyam Haciyev bizə və fəhlələrə bildirir ki, bizə ayrılan pulu yuxarıda rüşvət verdiyindən artıq pul qalmayıb. Amma biz də bilirik ki, bu şəxs bizə yalan danışır və yuxarılara şər atır. Vilyam Hacıyevə son müraciətimizdə isə bizə bildirdi ki, siz şikyət etsəniz mən deyəcəm ki, umumuiyyətlə bu insanları tanımıram və onlar burada işləməyiblər. Baxmayaq ki, minlərlə şahidimiz və işin gedişatı zamanı çəkilmiş minlərlə də fotolar var. Cənab Prezident! Yazıb Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyub tapdanan hüquqlarımızı bərpa edəsiniz. Hörmətlə: Zahirov Pərviz Abbas oğlu Əhmədov Maşallah Məmmədov Vaqif Kərim oğlu Məmmədov Üzeyir Sakit oğlu Verdiyev Müqais Cəmil oğlu Hüseyinov Qəşəm Qulu oğlu Məmmədov Fərman Əliyar oğlu Feyziyev Nadir İzzət oğlu Babazadə Yaqub İsmayil oğlu Xelilov Samir Hafiz oğlu Abbasquliyev Rasim Talib oğlu Quluyev Əsgər Cəfərov İlqar Məmmədağa Yaqub" İmişli rayonun İcra hakimiyyəti ilə əlaqə saxlamaq cəhlərimiz həmişəki kimi uğursuz alındı. Geri qayıt |