Əsas Səhifə > Güney Press / Manşet > İSMAYILLIDA 2-Cİ ÜSYAN DALĞASI YETİŞƏ BİLƏRMİ?
İSMAYILLIDA 2-Cİ ÜSYAN DALĞASI YETİŞƏ BİLƏRMİ?26-01-2013, 10:53 |
![]() DİA.AZ: - Neçə gündür ki, bütün ölkə gündəmini zəbt edən İsmayıllı olayları artıq səngimiş kimi görünsə də, üsyanın ikinci dalğasının baş qaldırma ehtimalları olduqca yüksəkdir. Bu barədə DİA.AZ-a məlumat verən rayondakı mənbənin sözlərinə görə, hələ də İsmayıllıda fövqəladə vəziyyət rejimi hökm sürür: В«Rəsmi rəqəmlər heç də reallığı əks etdirmir. 200-ə yaxın İsmayıllı sakininin taleyindən xəbər yoxdur. Deyirlər ki, tutulanların əksəriyyəti buraxılıb. Amma bunu müəyyən etmək olmaz. Çünki onlarla vətəndaş bu gün övladını polis bölmələrində, başqa rayonların В«KPZВ»lərində axtarır. Övladının arxasınca Göyçaya gedən də var, Bakıya yola düşən dəВ». Mənbə bildirir ki, bu isə yerli camaatı daha da əsəbiləşdirib: В«Çünki dünən icra başçısı bir başqa cür vədlər verdi. İçəri yaxını tutulanlardan, aksiyada iştirak edənlərdən kimsəni buraxmadı. Zala toplaşanlar onsuz da yerli idarəçilikdən narazı deyildilər. Narazı olanlar qıraqda qaldı. Onlar çalışdılar ki, etiraz aksiyasını dövlətə, prezidentə qarşı olan bir aksiya kimi təqdim etsinlər. Bu isə yanlışdır. Biz prezidenti dəstəkləyirik, amma yerli məmurların özbaşınalıqlarından cana doymuşuq. Və həbs olunanlar buraxılmazsa, o zaman İsmayıllı camaatı Bakıya da yürüş edə bilərВ». Onu da qeyd edək ki, yanvar ayının 23-dən etibarən başlanan etiraz aksiyaları dünən sona çatmış kimi görünsə də, hələ də həbslərin davam etməsi, həmçinin rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarəti altında saxlanılması, xüsusi rejimin yaradılması hər an yeni etiraz alovunun qıcıqlanma ehtimallarını yüksək etməkdədir. Geri qayıt |