Əsas Səhifə > Hadisə, Manşet > MƏŞHUR OROMİ QARDAŞLARI HƏDƏFDƏ
MƏŞHUR OROMİ QARDAŞLARI HƏDƏFDƏ21-11-2011, 15:54 |
RƏSMİ BAKI QƏTİYYƏTİNİ SONA QƏDƏR GÖSTƏRMƏLİDİR DİA.AZ: - Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanda İran istehsalı adı ilə qanunsuz olaraq satılan qaz sobaları ilə bağlı reyd keçirib. Reyd zamanı Nərimanov rayonunda yerləşən “Bakı Kondisioner Zavodu” ASC-nin həyətində qaz sobalarının istehsal olunduğu müəyyən olunub. Əraziyə baxış keçirilərkən istehsalçının İran vətəndaşı Mehran Mənuçöhr adlı şəxs olduğu aydınlaşıb. Həmin yerdə kustar üsulla hazırlanan xeyli sayda qaz sobaları aşkarlanaraq aktlaşdırılıb. SMPDK-nın mətbuat katibi Fazil Talıblı jurnalistlərə açıqlamasında bildirib ki, həmin sobaların qutularının üzərində uyğunlaşdırma nişanı (“AZS”) qanunsuz olaraq qeyd olunub: “Payız-qış mövsümünün başlanması ilə bağlı istilik sistemlərinə nəzarət gücləndirilib. İki ildir ki, İranda istehsal olunan qaz sobalarının Azərbaycana gətirilməsinə icazə verilmir. Lakin araşdırma zamanı məlum oldu ki, İrandan həmin sobaların ehtiyat hissələrini gətirərək, burada kustar üsulla hazırlayırlar. Bu sobalar həyat üçün çox təhlükəlidir. Onlar bazarda kifayət qədər baha qiymətə satılır. Vətəndaşlardan xahiş edirik ki, bu cür sobaları alarkən ehtiyatlı olsunlar”. Onu da qeyd edək ki, “Bakı Kondisioner Zavodu” ASC “Bacu Electonics”ə aiddir. Bu qurumun isə arxasında İranın xüsusi xidmət orqanlarının Azərbaycandakı əsas fiqurlarından olan Oromi qardaşlarına aid NAB şirkətinə məxsusdur. Bu şirkət eyni zamanda “Bank of Baku”da və “Hyundai Auto Azerbaijan”da da ciddi pay sahibidir. Məşhur “Vikiliks” təçkilatı tərəfindən açıqlanan məxfi dosyelərə görə, hər ay bu şəbəkə vasitəsilə Azərbaycanda İrandan ötürülən 5 milyon ABŞ dolları həcmində çirkli pul yuyulur. İndi isə məlum olur ki, Oromi qardaşları Azərbaycanda yüzlərlə vətəndaşımızın ölümünə səbəb olan “İran sobalarını” elə Bakıdaca qanunsuz olaraq istehsal edirmişlər. Hər halda bu çox ciddi faktdır və bu fakt əgər hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılsa, İranın Azərbaycandakı ən mühüm iqtisadi dayaqlarından biri zərəsizləşdirilmiş olacaq. Faktdır ki, bu gün İran Azərbaycana düşmən mövqedədir. Və bu gün yüzlərlə vətəndaşımız İrana az qala xəfiyyəlik həddində sədaqət nümayiş etdirir. Həmin şəxslərin isə, Oromi qardaşlarına aid iqtisadi strukturlardan qidalandığı, maliyyələşdiyi kimsəyə sirr deyil. Mövzu diqqətimizdədir... Geri qayıt |