Əsas Səhifə > Güney Press / Manşet > QƏBƏLƏ CAMAATI FHN ŞEFİNİ ÜSYANLA HƏDƏLƏDİ
QƏBƏLƏ CAMAATI FHN ŞEFİNİ ÜSYANLA HƏDƏLƏDİ26-01-2013, 10:29 |
![]() KƏMALƏDDİN HEYDƏROVUN ADAMLARI RAYONU ÖZƏLLƏŞDİRİB DİA.AZ: - İsmayıllıda baş verən olaylar, deyəsən, digər rayonlarımızın əhalisinə də böyük təsirini göstərib. Elə buna görədir ki, artıq ayrı-ayrı bölgələrimizdən də etiraz aksiyalarının təşkil ediləcəyi ilə bağlı xəbərlər gəlməkdədir. Belə bir rayonlardan biri də Qəbələ rayonudur. Artıq hökm sürən özbaşınalıqlardan, məmur təzyiqlərindən cana doyan Qəbələ sakinləri DİA.AZ-a yazırlar: В«Qəbələ camaatı da baş verən qanunsuzluqlardan bezib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bütün Qəbələni özününküləşdirib. Onun qorxusundan rayonda kimsə səsini çıxara bilmir. Qəbələdə bütün torpaq sahələri Kəmaləddin Heydərova yaxın adamların adına özəlləşdirildiyindən heç kim torpaq ala bilmirВ». Əllərindəki torpaqlarını sənədləşdirə bilmədiklərini vurğulayan və bunun rayon sakinlərində böyük narazılıq yaratdığını qeyd edən narazı qəbələlilər daha sonra yazırlar: В«Bütün yararlı torpaq sahələrini özəlləşdirib ayrı-ayrı məmurlara baha qiymətə satırlar. Həmin yerlərdə isə villalar, istirahət mərkəzləri tikilir. Camaatın isə əkin əkməyə yeri də qalmayıb. Sonra da deyirlər ki, kasıb ailəsini saxlasın. Nə ilə? Hansı torpağın hesabına?В» Dərdlərini deyəcək ünvanın da olmamasından gileylənən Qəbələ sakinləri bildirir ki, onlar bu cür qaydalarla yaşamaq istəmirlər: В«Bizim haqq səsimizi eşidib, narazılıqlarımızı dinləyib, çarə etsinlər. Yoxsa İsmayıllıda baş verən hadisələr daha betər formada Qəbələdə yaşanılanacaq. Artıq camaat cana doyubВ». Geri qayıt |