Əsas Səhifə > Hadisə, Manşet > DEPUTATLA NAZİR QIRĞINA ÇIXDI

DEPUTATLA NAZİR QIRĞINA ÇIXDI


21-11-2011, 15:41
DEPUTATLA NAZİR QIRĞINA ÇIXDI

ƏLİ ABBASOV HANSI DEPUTATIN QOHUMUNU TUTDURUR?

DİA.AZ: - Bu dəqiqələrdə redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Redaksiyamızın elektron poçtuna ötürülən məlumatda bildirilir ki, bu günlərdə deputatlarımızdan biri ilə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov mübahisə edib. Mübahisəyə səbəbsə deputatın yaxınlarından birinin işdən çıxarılmsı olub.

Mənbə bildirir ki, həmin deputat müxalifətə yaxın şəxsdir: «Deputat rayon ATS-lərinin birində yüksək vəzifədə işləyən qohumunun işə bərpası üçün nazirə müraciət edir və xahişini onun xidməti telefonu vasitəsilə çatdırır. Aralarında iki dəqiqəlik danışıq olur. Nazir deputatın sözünü yerə salır. Bundan sonra deputat naziri hədələyir. Və bundan sonra nazirlə deputat hətta söyüş səviyyəsinə çatacaq qədər mübahisə edirlər».

Mənbə bildirir ki, deputatın qohumunun durumu bundan sonra daha da ağırlaşıb və hətta birbaşa olaraq Əli Abbasovun göstərişi ilə onunla bağlı müəyyən materiallar toplanılıb: «Hazırda həmin sənədlərin korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsi planlaşdırılır».

Bizi izləyin…

Geri qayıt