Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOV MÜXALİF LİDERLƏRƏ ŞƏRT QOYDU

ƏLİ İNSANOV MÜXALİF LİDERLƏRƏ ŞƏRT QOYDU


25-01-2013, 15:34
ƏLİ İNSANOV MÜXALİF LİDERLƏRƏ ŞƏRT QOYDU
DİA.AZ: - Son günlər bəzi iqtidariçi qruplaşmaların bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərilə əlaqədar xüsusi olaraq fəallaşması barədə müxtəlif KİV-lərdə məlumatlar yayılmaqdadır. Elə bu günlərdə DİA.AZ olaraq Naxçıvan klanının seçki planları ilə bağlı müəyyən bilgilərimizi sizinlə bölüşmüşdük. Bu gün isə Qərbi Azərbaycanlıların seçkilərlə bağlı aktivləşmə qərarı verdikləri xəbərini almışıq.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanova yaxın olan Qərbi Azərbaycanlılar qruplaşması nümayəndələri keçən həftənin bazar günü Bakıdakı məşhur restoranların birində bir araya gəliblər.

Mənbənin iddia etdikləri: В«Toplantının keçirilməsində başlıca məqsəd prezident seçkilərinin müzakirəsi olub. Ən maraqlı olay isə bu olub ki, toplantıya qatılanlara Əli İnsanovun müraciəti oxunub və həmin müraciətdə söylənilib ki, keçmiş səhiyyə naziri öz yaxınlarından prezident seçkilərində müxalifətə dəstəyin verilməsini istəyibВ».

Xatırladaq ki, hələ 2007-ci ildə barələrində qurulan məhkəmə istintaqı zamanı Əli İnsanov müxalif düşərgəyə keçdiyini elan etmiş və bu zaman bir sıra müxalifətçilərdən üzr belə istəmişdi. İndi isə keçmiş nazir əvvəlki mövqeyini qoruyub saxladığını nümayiş etdirir.

Mənbəmiz Əli İnsanovun qarşıdan gələn prezident seçkilərində kimi dəstəkləyəcəyi məsələsinə də toxunub: В«Elə bazar günü keçirilən məclisdə bu məsələ müzakirə olunub və Əli İnsanovun adından deyilib ki, o, Əli Kərimli ilə İsa Qəmbərin ortaq qərarını müdafiə edəcəkВ». Bunun bir növ AXCP və Müsavat liderləri üçün şərt olduğunu da söyləyən qaynağımız iddia edir ki, əgər müxalifət liderləri anlaşarsa, Əli İnsanovun yaxın çevrəsi (bu çevrənin əlində ciddi kapital da var -red.) həmin anlaşmaya ciddi dəstək verəcək.

Geri qayıt