Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİÇİ QÜVVƏLƏR YENİ ÜSYAN HAZIRLAYIR
HAKİMİYYƏTİÇİ QÜVVƏLƏR YENİ ÜSYAN HAZIRLAYIR25-01-2013, 10:58 |
ŞOK İDDİADA ADLARI ÇƏKİLƏN NÖVBƏTİ ÜSYAN RAYONLARI HANSILARDIR? DİA.AZ: - İsmayıllıdan həyəcanlı xəbərlərin gəldiyi bir ərəfədə redaksiyamıza yeni üsyan dalğalarının baş qaldıra biləcəyi rayonlarla bağlı yeni informasiyalar daxil olub. DİA.AZ-ın elektron poçtuna ünvanlanan anonim məktubda özünü hakimiyyət nümayəndəsi kimi təqdim edən şəxs iddia edir ki, artıq daha bir neçə rayonda anoloji proseslər hazırlanmaqdadır: «Bütün bu hadisələr qabaqcadan planlaşdırılır. Hamısı oyundur və prezident seçkiləri ərəfəsində hakimiyyət daxilindəki qara qüvvələr dövlət başçısına təzyiq edərək, son günlər cərəyan edən hadisələri durdurmaq istəyirlər. Söhbətin nədən getdiyini yəqin başa düşdünüz. Hədəfdə olan qüvvələr bu gün ölkəni qarışdırmaq üçün bütün potensiallarınıi işə salıblar. Onların hər yerdə adamları var və onlara kənardan da ciddi dəstək verilir». Onu da bildirək ki, məktub müəllifi daha sonra hansı rayonlarda üsyanın planlaşdırılması barədə və onların icra başçılarının adlarını redaksiyamıza yollayıb. Həmin siyahını təqdim edirik: Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov; Zərdab rayonu İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev; Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov; İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev; Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov; Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Nazim Veysov... Geri qayıt |