Əsas Səhifə > Hadisə > NEFTÇALADA PARTLAYIŞ BAŞ VERİB
NEFTÇALADA PARTLAYIŞ BAŞ VERİB25-01-2013, 10:12 |
FACİƏLİ OLAY NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLÜB Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynəbəddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib, ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Geri qayıt |