Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏNİ KİMLƏR QARIŞDIRMAQ İSTƏYİR?

GƏNCƏNİ KİMLƏR QARIŞDIRMAQ İSTƏYİR?


25-01-2013, 10:03
GƏNCƏNİ KİMLƏR QARIŞDIRMAQ İSTƏYİR?
KƏNAR QÜVVƏLƏRİN AZƏRBAYCANIN 2-Cİ ŞƏHƏRİ İLƏ BAĞLI ŞOK PLANI

DİA,AZ: - Bu gün hakimiyyət daxilində baş verən olaylar artıq ölkənin altını üstünə çevirib - desək, yanılmarıq. Hər halda görünəni budur ki, iqtidariçi qruplaşmaların ambisiyaları günü gündən vəziyyəti gərginləşdirməkdədir. 2013-cü ilin prezident seçkilərinə doğru yaxınlaşdıqca gərginlik daha da artmaqdadır. Ki, bütün bunların bir izahı var: HAKİMİYYƏT YENİ DÜZƏNƏ HAMİLƏDİR…

Bəli, cərəyan edən olaylar bütün parametrləri ilə məhz bu məqamı diqtə etməkdədir. Hakimiyyət öz daxilində inqilab aparır ki, özü inqilabın qurbanına çevrilməsin. Həm Qubada, həm «Binə»də baş verənlər və həm də İsmayıllıda bu anlarda belə yaşanılanlar məhz iqtidar daxilindəki çəkişmələrin təzahürü kimi qəbul edilməlidir.

Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki bilgili qaynağımız iddia edir ki, burada kənar güclərin xüsusi fəallığı nümayiş olunmaqdadır: «Xeyli müddətdir ki, Azərbaycanın ayrı-ayrı bölgələrində bu kimi aksiyaların tədarükünün getməsi barədə yerlit xüsusi xidmət orqanlarımız məlumatlar alıblar. Ən böyük aksiya Gəncə şəhərinə planlaşdırılırdı və burada İranın xüsusi xidmət orqanları aparıcı xəttə nəzarət edəcəkdilər. Lakin bu məsələnin üzərinə gedildi və önləmə tədbirləri görüldü».

Bu arada mənbəmiz maraqlı bir faktı da açıqladı: «Ən acanıcaqlısı isə odur ki, xeyli sayda məmur heyəti də bu gün təxribatlara müxtəlif vasitələrlə dəstək verməkdədirlər. Təbii ki, burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqları ümdə yerdə dayansaydı, anlaşılardı. Amma dəhşətli orasıdır ki, onlar məhz kənar güclərə xidmət yolunu seçiblər».

Mənbəmizin sözlərinə görə, lakin Gəncədə profilaktik tədbirlər görülsə də, ölkənin ikinci ən böyük şəhərinin qarışdırılması yönündə də işlər gedir: «Bu sarıdan müvafiq dövlət qurumları tədbirli olmalıdır. Əks halda 1993-cü ildəki hadisələrə şükür oxuya bilərik».

Geri qayıt