Əsas Səhifə > Sosial, Manşet > İSMAYILLI İLƏ BAĞLI QƏRAR DƏYİŞƏ BİLƏR

İSMAYILLI İLƏ BAĞLI QƏRAR DƏYİŞƏ BİLƏR


25-01-2013, 09:29
İSMAYILLI İLƏ BAĞLI QƏRAR DƏYİŞƏ BİLƏR
DÜNƏN İCRA BAŞÇISI ƏMİN DANIŞIRDI, BU GÜN İSƏ FƏRQLİ DURUM VAR

DİA.AZ: - Məlum olduğu kimi, İsmayıllıda baş verən hadisələrlə bağlı yuxarı instansiyaların yekun qərar verməsinə qədərt rəsmi qurumların hamısı seyrçi mövqeyində idi. Hətta narazılıqlara səbəb olan İsmayıllı rayon icra hakimiyyətinin yetkililəri də hansısa mövqe bildirmir, yalnız baş verənləri təkzib etməklə yetinirdilər.

DİA.AZ bildirir ki, lakin dünən günorta saatlarından sonra situasiya dəyişdi. Və hətta əvvəlki açıqlamasında «DİN-in və prokurorluğun açıqlamasını gözləyək» deyən Prezident Administrasiyasının şöbə müdiri Əli Əhəsənov da həvəslənərək aksiyaçıların cəzalandırılacağını bildirdi. Onunla bərabər ilk əvvəl jurnalistlərdən qaçan icra başçısı Nizami Ələkbərov da mətbuatın ayağına şəxsən gedərək əmin-arxayın tərzdə bir-birinin ardından ona verilmiş təlimata uyğun olaraq açıqlamalar verməyə başladı: «100 nəfər etiraz edir deyənə istefa verəsi deyiləm», «Obyekt mənim deyil», «Mənim o adda bacım oğlu, bacım nəvəsi yoxdur», «Mənim oğlum Nyu-Yorkdadır» və s. v i.

Və dünən axşam saatlarına qədər anoloji siyasi situasiya bərqərar olduğundan mətbuata ötürülən açıqlama və xəbərlərdə, bu xəbər siyasəti ilə bağlı qorunan dəst-xəttdə məhz qeyd etdiyimiz məqam xüsusi olaraq qabarmış oldu.

İndi isə vəziyyət tamamən dəyişmiş kimidir. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan verilən xəbərdə bildirilir ki, ilk əvvəl «yuxarılar» «xalqın ayağı yer alar, Qubadan sonra ikinci başçını etirazların fonunda vəzifəsindən almayaq» arqumentinə söykənib Nizami Ələkbərovun arxasında dayanmağı qət etmişdilərsə, artıq vəziyyət tamam fərqli ampluada nəzərləri cəlb etməkdədir: «Hər halda, bu işin təşkilatçıları varsa da belə, onların da sona qədər israr nümayiş etdirməsi hakimiyyət üçün daha da arzuolunmaz şəraiti yetişdirə bilər. Söhbət İsmayıllıda gedən döyüşlərin İsmayıllının sərhədlərini aşması ehtimalından gedir».

Məhz bu səbəbdən artıq qərarın dəyişdiyini bildirən mənbəmiz vurğulayır ki, əgər axşam saatlarına qədər narazı camaat müqavimət göstərərsə, o zaman başçının istefaya göndərilməsi qaçılmaz olacaq.

Geri qayıt