Əsas Səhifə > Siyasət, Manşet > RƏSUL QULİYEVDƏN RÜSTƏM İBRAHİMBƏYOVA JEST

RƏSUL QULİYEVDƏN RÜSTƏM İBRAHİMBƏYOVA JEST


25-01-2013, 09:03
RƏSUL QULİYEVDƏN RÜSTƏM İBRAHİMBƏYOVA JEST
ACP LİDERİ OFİSSİZ QALAN KİNOÇULARA ÖZ QƏRARGAHINI TƏKLİF ETDİ

DİA.AZ: - Məlum olduğu kimi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinomatoqrafçılar İttifaqı Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Hökumət Evindən çıxarılıb. Qeyd edək ki, bu olay Rüstəm İbrahimbəyovun ABŞ, Fransa və Rusiya turnesinə çıxmasından sonra yaşanılıb.

O da məlumdur ki, ofissiz qalmamaları niyyətindən qurum yeni məkan üçün meriyaya müraciət edəcək. Bu barədə ittifaqın təşkilatı katibi Əsəd Əsədov məlumat verib. O bildirib ki, hazırda ittifaq ofissiz qalıb və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürlər: “İttifaqın sədri Rüstəm İbrahimbəyovdur. Hazırda Bakıda olmadığı üçün onu gözləyirik. Yəqin ki, bu müraciət olunacaq”.

Qeyd edək ki, yanvarın 23-də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərdiyi Hökumət Evindən çıxarılıb. Qurumun avadanlığını müvəqqəti olaraq anbarda saxlanılır.

Bununla bağlı DİA.AZ-ın elektron poçtuna maraqlı bir məlumat da ötürülüb. Bildirilir ki, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan, keçmiş parlament sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Rüstəm İbrahimbəyova ACP qərərqahında yerləşmələri üçün təklif edib: “Rüstəm İbrahimbəyov isə Bakıya qayıtdıqdan sonra Şəhər İcra Hakimiyyətinin onlara başqa bir yer verməyəcəyi təqdirdə Rəsul müəllimin təklifini dəyərləndirəcəyini və ona öz təşəkkürünü bildirib”.

Geri qayıt