Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR İDDİA: İSMAYILLINI RUSLAR QARIŞDIRIB

DAHA BİR İDDİA: İSMAYILLINI RUSLAR QARIŞDIRIB


24-01-2013, 17:17
DAHA BİR İDDİA: İSMAYILLINI RUSLAR QARIŞDIRIB
DİA.AZ: - Redaksiyamıza İsmayıllı hadisələri ilə bağlı maraqlı məlumatlar bir-birinin ardınca daxil olmaqdadır. Adını çəkməyən bir qaynaq isə baş verənlərdə Rusiyanın xüsusi xidmət orqanlarının fəallıq nümayiş etdirdiyini bildirir.

Qaynağın DİA.AZ-a göndərdiyi məlumatda vurğulanır: В«Artıq 3 aydır ki, Rusiyanın xüsusi xidmət orqanlarının gizli agentləri Azərbaycanın bir sıra rayonlarında yerləşdiriliblər. Onlara ölkədə təxribat törətmək tapşırığı verilib. Diqqət yetirin, İsmayıllıda gecə baş verən olaylara dərhal rayonun İvanovka kəndinin rus əhalisi reaksiya verdi. Onlar bir müddət əvvəl Bakıda mətbuat konfransı keçirərək icra başçısını hədələmişdilərВ».

Mənbə iddia edir ki, anoloji hadisələr daha bir neçə rayonda planlaşdırılır və bu məqsədlə rus kəşfiyyatı külli miqdarda vəsait ayırıb. Mənbə eyni zamanda tanınmış kinorejissor Rüstəm İbrahimbəyovdan da sitat gətirir: В«Rüstəm İbrahəimbəyov az əvvəl bütün Azərbaycanı Rusiya ilə hədələmişdi və bildirmişdi ki, Rusiya Azərbaycanı qarışdıra bilər. Doğrudur, Rüstəm müəllimin bu xəbərdarlığında Azərbaycana sevgi yox idi və o, ruslarla ölkəmizi təhdid edirdi. İndi isə onun söylədikləri baş verir. Sanki В«Axırıncı aşırımВ» filmində olduğu kimi… Rüstəm İbrahəimbəyov kəndi tərk edəndən sonra hadisələr baş verir. Bütün bunlar müvafiq dövlət qurumları üçün də müzakirə olunası məsələlərdirВ».

Geri qayıt