Əsas Səhifə > Cəmiyyət > İSMAYILLININ DEPUTATI BELƏ İZAH ETDİ

İSMAYILLININ DEPUTATI BELƏ İZAH ETDİ


24-01-2013, 11:48
İSMAYILLININ DEPUTATI BELƏ İZAH ETDİ
Deputat: "Bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb"

"Mən hər cümə axşamı seçicilərimlə görüşə gəlirəm. İsmayıllıya da dünən gəlmişəm. Hazırda da rayon mərkəzindəyəm, seçicilərimlə birlikdəyəm. . İcra başçısı ilə birlikdə insanları dinlədik. Hazırda sakitlikdir”. Bu sözləri Moderator.az-a açıqlamasında İsmayıllıdan deputat seçilən Novruzəli Aslanov söyləyib. Deputat bildirib ki, bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb: “Artıq xoşagəlməz olay aradan qalxıb. Sakitlikdir. Hüquqi araşdırmaları da hüquq-mühafizə orqanları aparacaq”.

Geri qayıt