Əsas Səhifə > Siyasət, Manşet > İSMAYILLIDA YENİ ETİRAZ DALĞASI GÖZLƏNİLİR

İSMAYILLIDA YENİ ETİRAZ DALĞASI GÖZLƏNİLİR


24-01-2013, 09:06
İSMAYILLIDA YENİ ETİRAZ DALĞASI GÖZLƏNİLİR
İCRA BAŞÇISININ İSTEFASINI TƏLƏB EDƏNLƏRİN QARŞISI ALINIR

DİA.AZ: - Dünən İsmayıllıda baş verən narazılıq fonunda məlum oldu ki, yerli hakimiyyətin özbaşınalıqlarından cana doymuş sakinlər icra başçısı Nizami Ələkbərovun istefasını tələb edirlər. Onu da bildirək ki, hadisələrin bu məcraya yön almasının qarşısının alınmasına çalışılır. Amma buna baxmayaraq vəziyyət tamamən nəzarət altına alınmayıb.

DİA.AZ-a İsmayıllıdan verilən məlumatlardan aydın olur ki, bu gün səhər saatlarından rayon sakinlərinin icra hakimiyyətinin qarşısında toplanması gözlənilir. Bu barədə İsmayıllının az qala bütün kəndlərinə xəbər göndərilib və əhali rayon mərkəzinə doğru irəliləyir.

Məlumatı verən mənbə bildirir ki, amma rayon mərkəzinə gələn bütün yollar daxili qoşunların əsgərləri tərəfindən nəzarətə götürülüb: «Rayon mərkəzinə kimsə buraxılmır. Sanki fövqəladə vəziyyətdir. Bir daha aksiya olmaması üçün əllərindən gələni edirlər».

Amma buna baxmayaraq sakinlərin icra başçısını istefaya göndərilməsi üçün sona qədər mübarizə aparacaqları da söylənilir.

Geri qayıt