Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR XALQ ÜSYANI: NƏLƏR BAŞ VERİR?

DAHA BİR XALQ ÜSYANI: NƏLƏR BAŞ VERİR?


24-01-2013, 08:53
DAHA BİR XALQ ÜSYANI: NƏLƏR BAŞ VERİR?
«QARA MİLLƏT» «AĞ ADAMLARIN» QARAMATLARINDAN USANDIĞINI DEYİR

DİA.AZ: - Daha bir xalq etirazı. Durdurulması mümkün olmayan xalq etirazı. Əvvəllər düşünürdülər ki, Qubada baş verən hadisələr başqa narazılara dərs olacaq. Yəni onlar həbsdən ehtiyat edib, etiraz səslərini qaldırmayacaqlar. Amma tərsi baş verdi. Davamlı şəkildə xalq etirazları fonunda «Binə» ticarət mərkəzinin sahibkarları etiraza qalxdı.

DİA.AZ bildirir ki, bu olaylarda olduqca sərt və amansız davranan polisin hərəkətləri, həmçinin sonradan baş verən total həbslər belə İsmayıllıda boğaza yığılmış sakinlərin narazılıqlarını ifadə etmələrini əngəlləyə bilmədi.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, əslində bu kimi olayların fonunda özlərini prezidenti «qəhrəman» kimi təqdim edənlər, bu kimi olayları hakimiyyətə qarşı düşmənçilik kimi təqdim edənlər də artıq məğlub durumdadırlar. Çünki ənənəvi taktikaları yerimədi. Bu xalqa nə Quba, nə də «Binə» «DƏRS OLMADI»…

Olmayacaq da. Çünki vəziyyət tamam fərqlidir.

Keçən il parlamentdə çıxışlarından birində dünyaca məşhur sənətçimiz Zeynəb Xanlarova sıravi vətəndaşlarla məmurların yaşayış tərzi arasındakı böyük uçurumdan danışmışdı. Zeynəb Xanlarova üzünü məmurlara tutaraq demişdi ki, bahalı alış-verişləri, villaları, geyim-gecimləri, maşınları ilə yaşamaq uğrunda mübarizə aparan insanlarda qıcıq oyadırlar.

Bəli, məhz bu səbəbdən xalqı susdurmaq, xalqın susması imkansızdır. Həm də niyə sussunlar ki? İlk dəfədir ki, əlinə danışma fürsəti düşüb…

Geri qayıt