Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ REKTOR SUSMAYIB: VƏZİYYƏT QARIŞACAQ
KEÇMİŞ REKTOR SUSMAYIB: VƏZİYYƏT QARIŞACAQ23-01-2013, 12:18 |
ELŞAD ABDULLAYEV BİR MƏMURU İSTEFAYA GÖNDƏRİR DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı «Facebook» sosial şəbəkəsində yeni məlumat paylaşılıb. DİA.AZ bildirir ki, verilən xəbərdə sabiq ABU rəhbərinin əlində çox ciddi kampramat xarakterli məlumatların olduğu söylənilir. Məlumatda deyilir: «Elşad Abdullayev hələ əlində olan faktların ən az səs-küy yarada biləcək olanlarını açıqlayıb. Daha ciddi və daha səs-küylü faktlar irəlidədir və yaxın günlərdə ölkə gündəminin altı-üstünə çevriləcək və çox ciddi mövqe sahibi olan dövlət adamlarından biri istefa vermək zorunda qalacaq». Məlumatda həmin dövlət adamının kimliyi barədə heç nə deyilməsə də, yalnız o vurğulanır ki, keçmiş rektor həmin dövlət məmuru ilə şəxsi görüşünü gizli şəkildə yazıb: «Material audioyazıdır və həmin səs yazısında elə faktlar açıqlanır ki, hətta müxalifət düşərgəsi üçün də ağır hadisələr yaşana bilər». Geri qayıt |