Əsas Səhifə > Hadisə > KORRUPSİYA ŞİKAYƏTLƏRİNİN SAYI ARTIB
KORRUPSİYA ŞİKAYƏTLƏRİNİN SAYI ARTIB23-01-2013, 10:06 |
BAŞ PROKURORLUQDA HESABAT ANI Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu İdarənin rəisi Kamran Əliyev cümə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Əliyev qeyd edib ki, "Qaynar xətt"ə daxil olan zənglərin sayı artıb. Geri qayıt |