Əsas Səhifə > Gündəm, Manşet > ELDAR ƏZİZOV 25 MİN MANAT RÜŞVƏT QALMAQALINDA
ELDAR ƏZİZOV 25 MİN MANAT RÜŞVƏT QALMAQALINDA23-01-2013, 09:57 |
İCRA BAŞÇISINA BU DƏFƏ QURTULUŞ YOXDUR: DÜNƏN BAKIDA DANLANILIB DİA.AZ: - Dünən yerli mətbuata açıqlama verən II qrup Qarabağ əlili Zülfü Quliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin bir qrup vəzifəli şəxsi tərəfindən aldadıldığını bildirmişdi. Z.Quliyevin sözlərinə görə, o, şəxsi vəsaiti hesabına tikdiyi və xeyli müddətdir ki, işlətdiyi xırda ticarət obyektinin sənədləşdirilməsi üçün icra yetkililərinə 25 min manat pul versə də, sonda nə pula, nə də sənədə sahib olmayıb: “Mən işlətdiyim obyekti sənədləşdirmək üçün icra yetkililərinə 25 min manat məbləğində pul verdim. Bundan sonra məni qəbul edən Sumqayıt ŞİH-nin başçısı Eldar Əzizov müavinlərinə mənim problemimi ən qısa zamanda həll etməyi tapşırdı. Lakin bir neçə gündən sonra mənə bildirdilər ki, həmin yerin sahibi var və bu obyekti özəlləşdirmək üçün ona da 20 min manat məbləğində vəsait vermək lazımdır. Aldadıldığımı yalnız bundan sonra başa düşdüm. Odur ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən özünü Sumqayıt ŞİH-nin Ticarət Şöbəsinin müdiri kimi təqdim edən Rəfael adlı şəxsi, özünü Ticarət Şöbəsinin işçisi kimi tanıdan Nazim adlı adamı, habelə Memarlıq və Şəhərsalma İdarəsinin məsul işçisi kimi tanıdan Alik adlı şəxsi məsuliyyətə cəlb etməyini xahiş edirəm. Gərəkirsə, lazımi sübutlar da təqdim edə bilərəm”. Onu da bildirək ki, artıq Qarabağ əlilinin bu şikayəti yuxarı instansiyaların da xüsusi diqqətini cəlb edib. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardanq aydın olur ki, dünən Eldar Əzizov təcili olaraq Bakıya çağrılıb və ondan Prezident Administrasiyasında izahat istənilib. Mənbəmiz bu arada maraqlı bir faktı da açıqlayıb: «Eldar Əzizovla yanaşı, Sumqayıtın yerli rəhbərliyinə aid şəxslərdən biri dünən gecə saatlarına qədər Prezident Administrasiyasında olub. Həmin şəxslə nələr danışılıb, bəlli olmasa da, aydın olanı odur ki, 25 min manat qalmaqalı Eldar Əzizova baha başa oturacaq». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |