Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİNDƏN ASTRONOMİK MƏBLƏĞƏ YATIRIM

ARDNŞ ŞEFİNDƏN ASTRONOMİK MƏBLƏĞƏ YATIRIM


23-01-2013, 09:20
ARDNŞ ŞEFİNDƏN ASTRONOMİK MƏBLƏĞƏ YATIRIM
RÖVNƏQ ABDULLAYEV AVROPADA MEDİA HOLDİNQ ALMAQ FİKRİNƏ DÜŞÜB

DİA.AZ: - Əsasən 2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı olimpində özünə yer etməyə başlayan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün iqtidar düşərgəsində sayılıb-seçilən oliqarxlardan biri kimi diqqətə gəlməkdədir. Belə ki, buna qədər Bakı Neft Emalı Zavoduna rəhbərlik edən ARDNŞ şefinin hal-hazırda sərvətinin 2 milyard manata çatdığı haqda yerli mətbuatda xəbərlər də yayılmışdı. Bu isə kifayət qədər ciddi summadır.

Nazirlər Kabinetindəki mötəbər mənbənin DİA.AZ-a çatdırdığı xəbərə görə, artıq əlində böyük imkanlar olan Rövnəq Abdullayev cilddi planlar üzərində də baş sındırır: «Hər halda siyasi yollarla əldə edilmiş kapital siyasətin dəyişkənliyi təhdidini hər zaman üzərində hiss etdiyindən həmin pulların daimiliyi pul sahibləri üçün böyük qayğı hesab olunmaqdadır. Amma deyəsən, Rövnəq Abdullayev vəziyyətdən çıxış yolunu tapıb».

Mənbəmiz bildirir ki, son illərdə yəhudilərə aid böyük şirkətlərlə dostluq münasibətləri qurmağa müvəffəq olan ARDNŞ prezidenti məhz bu əlaqələrindən istifadə edərək əlindəki kapitalı ağıllı sərmayəyə çevirmək fikrinə düşüb: «Artıq iki aydır ki, Rövnəq Abdullayev Avropanın çox nüfuzlu media holdinqlərindən biri ilə maraqlanır. Hələlik bu işlər barədə geniş məlumatlar verilməsə də, bir sıra müstəqil iqtisadi araşdırma mərkəzləri tərəfindən məhz Rövnəq Abdullayevin sifarişi ilə sözügedən sektorun imkanları təftiş olunur».

Mənbəmiz bildirir ki, keçən həftə isə həmin mediaholdinqin iki səlahiyyətli vəkili Azərbaycanda olub: «Onlar Rövnəq Abdullayevlə görüşüblər. Üç gün Bakıda qaldıqdan sonra yenidən ölkələrinə qayıdıblar. Ola bilsin ki, yaxın günlərdə Rövnəq Abdullayevin yaxınlarına məxsus şirkət tərəfindən həmin media holdinq rəsmən satın alınsın».

Mənbəmiz bildirir ki, məşhur media-holdinqlə bağlı Rövnəq Abdullayevlə danışıqlar aparan avropalı şirkətin səhmləri 43 faiz təşkil edir ki, bu payın da qiyməti 1 milyard 200 milyon dollara bərabər hesab olunur. Yəni ARDNŞ prezidenti bu qədər sərmayə yatırmaq istəyir və əgər belə bir addımı atarsa, o zaman çox ciddi qərar vermiş olacaq.

Onu da bildirək ki, bəzi dairələr Rövnəq Abdullayevin bu həcmdə pul yatırımı niyyətini "kapitulyasiya" kimi də dəyərləndirirlər...

QEYD: Şirkətin adı və alqı-satqı prosesinin detalları barədə yaxın günlərdə sizə daha dolğun informasiyaları çatdrımağa çalışacağıq.

Geri qayıt