Əsas Səhifə > Hadisə > YAŞAR NURİ ÖLÜM AYAĞINDA

YAŞAR NURİ ÖLÜM AYAĞINDA


21-11-2011, 12:55
YAŞAR NURİ ÖLÜM AYAĞINDA

“HƏKİM GƏLDİ, MÜAYİNƏ ETDİ VƏ GETDİ”

İstanbul Memorial Xəstəxanasının həkimi ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ilə əlaqədar Bakıya gəlib. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya açıqlamasında deyib ki, türkiyəli həkim ötən həftənin sonunda Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Yaşar Nurini müayinə edib: “Biz Yaşarın səhhətinin düzəlməsi üçün bütün vasitələrə əl atırıq. Amma bu cəhdimizdən də ümidverici heç nə çıxmadı. Həkim gəldi, müayinə etdi və getdi. Əslində hər şey o qədər aydındır ki... Amma çox çətindir”.

R. Nuriyeva onu da deyib ki, Yaşar Nurinin yanında olduğu gün aktyorun vəziyyəti qəflətən pisləşib, artıq 4 gündür, ağır vəziyyətdədir: “Mən yanında olan gün birdən-birə yaxşılaşdı, elə bir ani olaraq düzəldi. Həmin günün axşamı isə yenidən yenidən pisləşdi, hazırda reanimasiyadadır”.

Qeyd edək ki, Türkiyədən Yaşar Nurini müayinə etmək üçün Bakıya gəlmiş həkim ümidverici heç nə deməyib. Aktyorun Türkiyəyə aparılmasını da məsləhət görməyib.


Geri qayıt