Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV SUSMAQ ZORUNDA QALACAQ

ELŞAD ABDULLAYEV SUSMAQ ZORUNDA QALACAQ


22-01-2013, 16:03
ELŞAD ABDULLAYEV SUSMAQ ZORUNDA QALACAQ
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza ilginc məlumatlar daxil olub. Hökumət içindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev artıq susmaq qərarına gəlib.

Bildirək ki, keçmiş ABU rektorunun hansı səbəbdən susmalı olması haqda dəqiq bilgilər olmasa da, mənbəmiz bir neçə versiya söyləyib: В«Ola bilsin ki, tərəflər anlaşıb. Lakin bu versiya daha az inandırıcıdır. Ortada təhdid faktı da ola bilər. Amma bir versiya da var ki, Elşad Abdullayev ümumiyyətlə, proseslərdən geri çəkilməsilə bağlı В«durВ» xəbərdarlığını alıbВ».

Hələlik əldə etdiyimiz məlumatın hansı dərəcədə doğru olub-olmadığını dəqiqləşdirə bilmədik və bunun üçün gözləmək daha doğru olar. Amma bir məsələ var ki, əgər Elşad Abdullayev susacaqsa, o zaman bu həm də yeni siyasi gündəmin yaradılması anlamını daşımış olacaq.

Geri qayıt