Əsas Səhifə > Güney Press / Manşet > TN ŞEFİNİN ACİZ QALDIĞI MƏQAM: ÖZƏL TƏHSİL

TN ŞEFİNİN ACİZ QALDIĞI MƏQAM: ÖZƏL TƏHSİL


22-01-2013, 15:30
TN ŞEFİNİN ACİZ QALDIĞI MƏQAM: ÖZƏL TƏHSİL

DİA.AZ: - Məlum olduğu kimi, Təhsil Nazirliyi yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən bütün özəl təhsil müəssisələrində monitorinqlərə başlayacaq.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev mətbuata açıqlamasında deyib ki, monitorinqlər bütün təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq məqsədilə təşkil olunacaq.

O bildirib ki, monitorinq yanvardakı tətillə əlaqədar ayın sonundan başlanacaq və 2012-2013-cü tədris ilinin sonuna kimi davam edəcək:

В«Qaydalara əsasən, Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birgə aparılacaq monitorinqlər özəl təhsil müəssisələrini əhatə edəcək. Lakin özəl ali təhsil müəssisələrinin yoxlanmasına ehtiyac yoxdur, çünki onlar daima nəzarətdirlər.

Monitorinqlər zamanı lisenziya şərtlərini pozan məktəblərə qarşı müəyyən tədbirlər görülə bilər. Hər il təhsil müəssisələri onlarda lisenziya şərtlərinə uyğun olaraq hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər. Monitorinq də həmin dəyişikliklərin yoxlanması məqsədilə həyata keçiriləcəkВ».

DİA.AZ-a bu barədə daxil olan məlumatlardan isə aydın olur ki, əslində təhsil nazirliyinin özəl ali məktəblərdə monitorinq aparmaması heç də bu təhsil ocaqlarının daimə nəzarət altında olması ilə əlaqəli deyil. Bu barədə redaksiyamıza məlumat verən bilgili qaynaq söyləyir ki, TN-nin verdiyi izahat gülməlidir:

В«Əslində situasiya tamam başqadır. Özəl ali təhsil sektoru tamamən təmizlənibg. Və burada təsadüfi kimsə yoxdur. Nazirlikdən deyirlər ki, daima nəzarətdədir. Sual olunur: nədir nəzarətdə olan? Bu gün ən çox şikayət məhz özəl ali məktəblərdəndir. Budurmu təhsil nazirliyinin nəzarəti?В»

Mənbəmiz bildirir ki, əslində özəl ali məktəblərin hamısının arxasında bir В«krışaВ» dayanır: В«Buna görə də Misir Mərdanovun bu sektorda nəinki monitorinq aparmasına ehtiyac yoxdur, heç gözünün ucu ilə də baxa bilməz. Olanlar ya nazirə məxsusdur, ya da nüfuzlu məmurlaraВ».

Geri qayıt