Əsas Səhifə > Güney Press / Manşet > QUM ŞƏHƏRİNDƏ AZƏRBAYCANA QARŞI TƏDBİR OLACAQ

QUM ŞƏHƏRİNDƏ AZƏRBAYCANA QARŞI TƏDBİR OLACAQ


22-01-2013, 15:14
QUM ŞƏHƏRİNDƏ AZƏRBAYCANA QARŞI TƏDBİR OLACAQ
DİA.AZ: - Fars-molla rejimi Azərbaycanda həbsdə olan dindarlara dəstəyini daha da intensivləşdirib. DİA.AZ-ın “arannyus”a istinadən verdiyi xəbərdən aydın olur ki, artıq bu məqsədlə hətta konfrans da təşkil edən rəsmi Tehran, əslində daha çox bu yolla Azərbaycan dövlətinə təzyiq etməyi düşünür.

“Arannyus” portalında yer alan həmin xəbəri olduğu kimi diqqətinizə təqdim edirik:

“29 yanvar (10 bəhmən) 2013-cü il tarixində, saat 10:00-da Müqəddəs Qum şəhərində “Azərbaycan Respublikasında Hicab İslam Hərəkatı Məhbusları ilə Həmrəylik Konfransı” keçiriləcək. Bu konfrans dini dəyərlərin müdafiəsi yolunda 12 ilə qədər azadlıqdan məhrum edilmiş ruhanilər və İslam fəallarına həsr edilib. Konfransda Azərbaycandakı ictimai-siyasi durum, dini cameənin problemləri, hicab məhbuslarına dəstək mövzusunda çıxışlar və müzakirələr olacaq.

Bu zəruri konfransa qatılmaq imkanı olan bütün azərilərin iştirakı arzulanır.

Ünvan: Meydane-Moəllem, Saxtomane-Mərkəze-Fiqhiye-Əimmeyi-Əthar (Ayətullah Fazil Lənkərani)

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin mətbuat xidməti”

Geri qayıt