Əsas Səhifə > Cəmiyyət, Manşet > ERMƏNİLƏRƏ QAN UDDURANA KİMLƏR QAN UDDURUR?

ERMƏNİLƏRƏ QAN UDDURANA KİMLƏR QAN UDDURUR?


22-01-2013, 15:06
ERMƏNİLƏRƏ QAN UDDURANA KİMLƏR QAN UDDURUR?
MÜHARİBƏ VETERANININ BAŞINA GƏLƏNLƏR

DİA.AZ: - Bu günlərdə Qazax rayonundan çox maraqlı bir müraciət daxil olub. DİA.AZ bildirir ki, bu barədə 7GUN.az portalı məlumat yayıb. Sözügedən agentliyə müraciət edən şəxs Qarabağ müharibəsi veteranı, məcburi köçkün, müharibə əlili, hal-hazırda Qazax rayonu Xanlıqlar kəndində məskunlaşmış Hafiz Həsənovdur.

Qeyd edək ki, Hafiz Həsənov daha çox Qabbar ləqəbi ilə tanınır və müharibə dövründə də bu ad altında bir çox qəhrəmanlıqlar göstərmişdir. Məhşur erməni kəşfiyyatçısını öldürmüşdür. Amma onun bu qəhrəmanlığı başqasının adına yazılmış, o isə kənarda qalmışdır. Amma Qabbar Hafiz redaksiyamıza əlindən alınmış qəhrəmanlığına görə deyil, əlindən alınmış məhsuluna görə müraciət etdiyini bildirdi. Mənəvi və hüquqi yardım istədi.

Qabbar Hafizin dediyinə görə hal- hazırda yaşadığı evin bir qədər yaxınlığında, Böyük Cəfərli kəndinə məxsus torpaq sahəsində rayonun məhşur biznesmeni Elçin Carçıyev Türkiyə vətəndaşları ilə birgə xeyli kartof əkib-becərmişlər. Hafiz də çörəkpulundan ötrü burda işçilər üçün gündən, yağışdan qorunmaq üçün bir neçə çardaq tikmiş, ayaqyolu düzəltmişdir. Amma bu işlərin müqabilində müharibə veteranına son dərəcə cüzi miqdarda pul verilmişdir. Qalan pulun əvəzində isə, ona yarım hektara qədər əkilmiş sahə vermişlər. Hafiz Həsənova bu təklifi Elçin Carçıyevin Əli adlı köməkçisi etmişdir. Qabbar Hafiz də razılaşıb həmin yerdə öz hesabına kultivasiya işləri apartdırmış, qarğıdalı əkmişdir. Daha sonra isə qarğıdalı sahəsində xeyli zəhmət çəkən Hafiz Həsənov məhsulun bol olmasına baxıb öz işindən də, ona bu yeri verənlərdən də razı qalmışdır.

Amma sonunda Qabbara qalan əlindəki qabar olmuşdur. Məhsul yetişən kimi Əli adlı şəxs məhsulu digər bir şəxsə vermişdir:

“ İndi şikayət etmədiyim yer qalmayıb. Polis İcra Hakimiyyətinə göndərir, İcra Hakimiyyəti də polisə. Mənə qalan əlimin qabarları oldu. Bilmirəm kimə müraciət edim. Budurmu döyüşçüyə verdikləri qiymət? Mən vuruşanda onlar harda idilər? Axı mən nə gördüyüm işə pul almışam, nə də zəhmətimin bəhrəsini görmüşəm. Əksinə, olan- qalan pulalrımı da kultivasiyaya, toxuma verdim. Indi mən neynəməliyəm? ”

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt