Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM
Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM

TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM


22-01-2013, 12:19
TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM
POLİS ƏMƏKDAŞI İŞ YOLDAŞLARINI GÜLLƏLƏYİB

Bu gün səhər Türkiyədə həbsxana gözətçisi qanlı qətliam törədib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankaranın Sincan bölgəsində hüquq-mühafizə əməkdaşı xidməti avtobusa minərək, Sincan həbsxanasına işə gedən yoldaşlarına silahla atəş açıb. Açılan atəş avtobusdakı 4 nəfərə dəyib. Onlardan üçü hadisə yerində ölüb, digərinin vəziyyəti isə olduqca ağırdır.

Hadisədən əvvəl həmin şəxsin iş yoldaşları ilə mübahisə etdiyi bildirilir.

Polislər hadisəni törədən məmuru saxlayıblar.

Geri qayıt