Əsas Səhifə > Siyasət, Manşet > GƏNCƏNİN KEÇMİŞ POLİS RƏİSİ KİMİN ZAVALINA GEDİB?

GƏNCƏNİN KEÇMİŞ POLİS RƏİSİ KİMİN ZAVALINA GEDİB?


22-01-2013, 11:37
GƏNCƏNİN KEÇMİŞ POLİS RƏİSİ KİMİN ZAVALINA GEDİB?
RASİM MUSAYEVLƏ BAĞLI BİR NEÇƏ MƏLUMAT YAYILIB: AMMA HƏDƏFDƏ İMİŞ

DİA.AZ: - Məlum olduğu kimi, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilib. Generalın işdən çıxarılması ilə bağlı DİN rəhbərliyinin qərarı dünən gecə qəbul olunub. Onu da bildirək ki, bu da öz növbəsində bir sıra şaiyələrin, söz-söhbətlərin yaranmasına nədən olub.

Generalın hansı səbəbdən vəzifəsindən azad olunduğu rəsmi açıqlanmasa da, bunun ötən gün icra başçısı Elmar Vəliyevin keçirdiyi iclasla əlaqələndirildiyi də gizlədilmir. Bu barədə mətbuatda yer alan iddialara görə, sözügedən iclasda başçı şəhərin bəzi nüfuzlu şəxslərini təhqir etməklə bərabər, həm də onları yuxarı dairələrə şikayət məktubları yazmaqda ittiham edib. Xəbərə görə, başçı polis rəisini əleyhdarlarına gizli dəstək verməkdə təqsirli bildiyindən işdən azad olunması tələbi ilə bağlı təqdimat yazaraq, DİN rəhbərliyindən təcili qərar verilməsini tələb edib.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə isə tamam fərqli bir səbəbi açıqlayıb. Bilgili qaynaq iddia edir ki,t Rasim Musayevlə icra başçısının çoxdan imiş ki, ədavəti var imiş və əlinə düşən ilk fürsətdəcə Elmar Vəliyev polis rəisini vəzifəsindən azad etdirməyə müvəffəq olur.

Mənbəyə görə, 20 Yanvar faciəsi ilə əlaqədar Gəncədə təşkil olunan tədbirin pozulması və bu işdə başçının polis rəisini əsas günahkar kimi təqdim etməsi bu prosesdə həlledici rol oynayıb: «Həmin tədbirdə icra başçısı dövlətin 20 Yanvar faciəsinə münasibətindən və şəhid ailələrinə qayğısından danışıb. Bu zaman yerdən bir şəhid ailəsinin nümayəndəsi olan qadın ayağa qalxaraq, başçının sözünü kəsib və mikrafonla başçının yalan danışdığını, şəhid ailələrinin küçələrdə qaldığını, şəhidlərin barelyeflərinin binalardan qoparıldığını, şəhidlər bulağının dağıdıldığını bildirib. Bundan sonra çıxışını yarımçıq kəsməli olan Elmar Vəliyev əsəbi şəkildə «bu nə təxribatdır, polis rəisi hara baxır» deyərək bağırıb».

Mənbəmiz bütün məsələlərin də məhz bu olaydan qaynaqlandığını iddia etməklə yanaşı, onu da əlavə etdi ki, həmin olayın bütün videokadrları birbaşa olaraq dövlət başçısının masasının üzərinə qouyulub və Rasim Musayevin karyerasının bitişi də bununla başlayıb.

Geri qayıt